Qrip əleyhinə mövsümi vaksinasiyanın əks təsiri var? - AÇIQLAMA/VİDEO

7-10-2025, 15:18           
Qrip əleyhinə mövsümi vaksinasiyanın əks təsiri var? - AÇIQLAMA/VİDEO
Oktyabrın 8-dən Azərbaycanda qrip əleyhinə vaksinasiyaya başlanılacaq.

TEREF Xəzər TV-yə istinadən xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin baş direktor müavini Samirə Nəcəfova bildirib.

Nazirlik rəsmisi deyib ki, Fransa istehsalı olan vaksinlər keyfiyyətli və tam təhlükəsizdir, əks göstərişi yoxdur.

Bildirilib ki, qripə qarşı vaksinasiya ödənişsizdir və yaşayış və ya iş yeri üzrə əhaliyə ambulator-poliklinik xidmət göstərən dövlət tibb müəssisələrində aparılır.

O da qeyd olunub ki, hər il ənənəvi olaraq payız-qış mövsümündə havaların soyuması ilə əlaqədar qrip vaksini ölkəyə gətirilir.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru