Alimlərdən maraqlı kəşf: Uranın peykinin buzları altında qədim okeanın izləri aşkar edildi

7-10-2025, 17:08           
Alimlərdən maraqlı kəşf: Uranın peykinin buzları altında qədim okeanın izləri aşkar edildi
Alimlər Uran planetinin beş böyük peykindən biri olan Arielin buzları altında diametri təxminən 1 159 km olan qədim okeanın izlərini aşkar ediblər.

Oxu.Az xəbər verir ki, bu barədə "ScienceDirect" elmi portalı araşdırmaya istinadən məlumat yayıb.

Məqalədə bildirilib ki, Arieldə okeanın izinin olması fikri "Voyager-2" kosmik aparatı tərəfindən əldə edilən görüntülərin təhlilinə əsaslanır. Bu görüntülərdə geoloji xüsusiyyətlər kriovulkanizm və tektonik fəaliyyətlə əlaqələndirilir.

Tədqiqat zamanı beynəlxalq alimlər qrupu qədim buzaltı okeanın dərinliyinin təxminən 170 km-ə çatdığını müəyyən edib. Bu, Sakit okeanın orta dərinliyi olan 4 km ilə müqayisədə əhəmiyyətli fərq təşkil edir.

Materialda, həmçinin qeyd olunub ki, geoloji analiz və qabarma gərginliklərinin modelləşdirilməsi göstərir ki, son dövrlərdə Arielin səthinin altında okean mövcud olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru