Qadınlar getdikcə niyə daha çox tək səyahətlərə üstünlük verir? - Ekspertlər açıqladı

8-10-2025, 08:14           
Qadınlar getdikcə niyə daha çox tək səyahətlərə üstünlük verir? - Ekspertlər açıqladı
Getdikcə daha çox qadın ailə üzvlərini və yaxınlarını evdə qoyaraq, dünyanı öz şərtləri ilə kəşf etmək üçün tək səyahətə çıxmağı seçir.

Qaynarinfo xəbər verir ki, "The Independent" nəşrinin məlumatına görə, turizm şirkətləri hazırda xüsusilə qadınlar arasında ailə və ya dostlarsız səyahət edən fərdi turistlərin sayında ciddi artım qeydə alıblar.

Belə səyyahlar üçün populyar istiqamətlər arasında Avropada İspaniya və Portuqaliya, uzaq regionlarda isə Misir, Hindistan və Özbəkistan kimi ölkələr üstünlük təşkil edir.

"Jules Verne" turizm operatorunun məlumatına əsasən, 2024-cü ildə fərdi səyyahlar ümumi bronların 46 faizini təşkil edib (2023-cü ildə bu göstərici 40 faiz idi). Onların təxminən 69 faizi qadınlardır. Şirkətin idarəedici direktoru Debbi O'Nill bildirib ki, insanların tək səyahət etmə səbəbi həmişə tənha olmaqla bağlı deyil, bu daha çox dünyanı necə dərk etmək istədikləri ilə bağlı seçimdir.

O'nillin sözlərinə görə, bir çox səyyahlarımızın ailəsi, tərəfdaşı və aktiv ictimai həyatı var, lakin onlar eyni zamanda dünyanı tək kəşf etməyin azadlığını da qiymətləndirirlər. Kiçik qruplarla səfərlər onlara iki dünyanın ən yaxşısını təklif edir - həm paylaşılmış anların sevinci, həm də fərdi maraqları ödəmək imkanı. O əlavə edib ki, bəziləri üçün tək səyahət sakit bir cəsarət aktıdır.

Digər qrup turları təşkil edən "Explore Worldwide” şirkəti də bu il tək səyahət edənlərin sayının 2023-cü illə müqayisədə 22 faiz artdığını açıqlayıb. Şirkətin məlumatına görə, sentyabr və oktyabr ayları tək istirahət edənlər üçün ən populyar dövrlərdir, çünki bu zaman qiymətlər yay aylarına nisbətən daha münasib olur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru