Avropalı məmurların qanında "əbədi toksinlər" aşkarlandı

8-10-2025, 15:14           
Avropalı məmurların qanında "əbədi toksinlər" aşkarlandı
Həkimlər bəzi Avropa rəsmilərinin qanında "əbədi toksinlər" kimi tanınan perftor üzvi birləşmələri (PFAS) aşkar ediblər.

Oxu.Az bildirir ki, bu barədə "EUObserver" portalı məlumat yayıb.

Qeyd olunur ki, iyul ayında Avropa İttifaqına (Aİ) üzv ölkələrin ətraf mühit nazirlərinin qeyri-rəsmi görüşündə avropalı məmurlara qanlarında PFAS-ın mövcudluğuna dair analiz vermək təklif olunub. 24 rəsmi, o cümlədən ətraf mühit məsələləri üzrə Avropa komissarı Cessika Rosvall testdən keçməyə razılaşıb.

Analiz nəticələrinə əsasən, onların hamısında qanda "əbədi toksinlər" aşkar edilib. Bu zaman test olunanların yarısında göstəricilər normanı keçib.

Bildirilir ki, PFAS teflon (politetrafloroetilen), soyuducu vasitələr, polimerlər, boyalar və istehlak materiallarının istehsalında istifadə olunur. Onların geniş istifadəsi bu birləşmələrin molekullarının təbii ekosistemlərdə, həmçinin insan orqanizmində toplanmasına səbəb olub.

Son illərin tədqiqatları göstərir ki, PFAS molekulları qalxanabənzər vəzi, immun sistemi və digər orqanların işini pozur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru