Soyuqdəymə niyə bəzən həftələrlə davam edir?

8-10-2025, 16:08           
Soyuqdəymə niyə bəzən həftələrlə davam edir?
Soyuqdəymə bəzən həftələrlə, hətta aylarla davam edə bilər. Bəs bu, nə ilə əlaqədardır və hansı fəsadlara səbəb ola bilər?

KP.ru-nun verdiyi məlumata görə, immunoloq, tibb elmləri namizədi Nikolay Kryuçkov bu barədə danışıb.

Onun sözlərinə görə, uzun müddət davam edən soyuqdəymə müxtəlif kəskin respirator virus infeksiyaları və qrip növlərinin bir "kokteyli" ilə əlaqədardır.

"Bu, həm xəstəliyin gedişi zamanı yaranan fəsadlarla, həm də ikincili bakterial infeksiyanın qoşulması ilə, məsələn, qripə və ya respirator sinisitial virusa yoluxma halı ilə izah oluna bilər", - deyə həkim bildirib.

Mütəxəssis qeyd edib ki, belə infeksiya birləşməsi nəticəsində xəstəliyin başlanmasından dörd həftə sonra belə insanda öskürək, zökəm və həzm pozğunluğu, o cümlədən ishal kimi simptomlar qala bilər.

Həkim həmçinin vurğulayıb ki, uzunmüddətli COVID-19-a uzunmüddətli soyuqdəymədən daha çox rast gəlinir və bu hər kəsdə fərqli şəkildə keçir.

"Post-COVID sindromu, xəstəliyi yüngül formada keçirən insanların təxminən 7-10 faizində müşahidə olunsa da, orta və ya ağır şəkildə keçirənlərin təxminən yarısında görünür", - deyə həkim bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru