Kişilər daha çox pul xərcləyir, yoxsa qadınlar?

10-10-2025, 12:34           
Kişilər daha çox pul xərcləyir, yoxsa qadınlar?
Ənənəvi inanca görə, qadınların alış-veriş və həddindən artıq xərcləmədə adı daha çox çəkilir. Bu artıq bir klişeyə çevrilib. Lakin son illərdə aparılan müxtəlif araşdırmalar göstərir ki, kişilər bu psixoloji baryeri aşaraq, artıq yeni "çox xərcləyən" kateqoriyasına daxil olublar. Xüsusilə 28 yaşdan aşağı gənc kişilər arasında alış-verişə hədsiz maraq müşahidə olunur. Təkcə ABŞ-da bu yaş qrupunda olanların 60%-dən çoxu borc içindədir.

Bəs kişiləri və qadınları daha çox xərcləməyə sövq edən amillər hansılardır?

Bu mövzu uzun illərdir müzakirə olunur və yekdil rəyə gəlmək çətindir. Son araşdırmalara əsasən, qadınlar bəzi kateqoriyalar üzrə kişilərə nisbətən daha çox pul xərcləyirlər. Kişilər isə xüsusilə idman və şəxsi texnologiyalar sahəsində ciddi xərcləmələr edirlər.

Gəlin bu xərcləri maraq sahələrinə görə ayıraq:

Yaşayış və ev dekorasiyası

Bu sahədə liderlik açıq şəkildə qadınlara məxsusdur. Ev bəzəkləri, pərdələr, aksesuarlar və dekorativ əşyalar kimi məhsullar qadınların maraq dairəsinə daxildir. Hətta funksional baxımdan gərəksiz olsa belə, estetik görünüşə görə alınan məhsullar çoxluq təşkil edir. Statistikaya görə, qadınlar bu sahədə ildə ən azı 340 manat pul xərcləyirlər.

Kişilər isə bu istiqamətdə xərclərinə daha ehtiyatla yanaşır.

Şəxsi gigiyena

Bu sahədə də üstünlük qadınlardadır. Gözəllik məhsulları, makyaj, dəri və saç baxımı üçün qadınlar orta hesabla 840 manatdan çox xərcləyir.

Bundan əlavə, qadınlar kosmetika və şəxsi gigiyena sahəsində yeniliklərə daha açıqdırlar.

Geyim

Bu kateqoriya nisbətən balanslıdır. Həm kişilər, həm də qadınlar geyimə kifayət qədər pul xərcləyirlər. Lakin qadınların aksesuar, çanta və ayaqqabı kimi əlavə xərcləri daha çox olur.

Tədqiqatlar göstərir ki, bəzən eyni məhsul qadınlar üçün daha baha qiymətə satılır. Məsələn, eyni model cins şalvar qadınlar üçün orta hesabla 8-10 manat baha ola bilər.

Gənc qadınlar daha çox xərcləsə də, işləyən qadınlar bu sahədə daha qənaətcildir. Kişilər isə maaş aldıqdan dərhal sonra alış-veriş mərkəzlərinə üz tuturlar.

Qida və alkoqol

Alkoqol istifadəsində kişilər qadınlardan daha çox xərc çəkir. Qida məsələsində isə qadınlar əsasən ailəni qidalandırmaq üçün alış-veriş edir, kişilər isə tez-tez özləri üçün fərdi şəkildə yemək alırlar.

Texnologiya

Bu sahə kişilərin liderlik etdiyi kateqoriyalardandır. Onlar yeni texnologiyaları almağa daha çox maraqlıdır və bu məqsədlə aylıq gəlirlərinin təxminən dörddə birini texniki cihazlara xərcləyirlər.

Qadınlar texnologiya sahəsində daha ehtiyatlı davranır. Amma texnologiyanın həyatımıza təsiri artdıqca, bu fərq də azalmağa başlayır.

Nəticə:

Qadınlar alış-verişi sevir. Kişilər isə alış-verişə daha məqsədyönlü və ehtiyac əsasında yanaşırlar. Klişelər artıq dəyişir, kişilər də aktiv və böyük məbləğli istehlakçılar halına gəlir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru