Təsadüfən zəngin olan 10 şəxs
10-10-2025, 15:14

Uğur bəzən təkcə zəhmətdən deyil, həm də şansdan gəlir, kim bilir! Lakin təbiət bəzən insan inanclarını alt-üst edərək bizi sərvətə aparan sirli kəşflərə istiqamətləndirir. Bir çox təsadüfi hadisələr həyatımızda yerini tapıb, bəziləri isə kəşf edənlərin tək mülkiyyətinə çevrilərək onları gözləmədikləri sərvət hovuzunda üzməyə götürüb.
Valyuta.az belə maraqlı möcüzələrdən bəzi nümunələri təqdim edir:
1. Harry Coover - Yapışqanın kəşfi (Super Glue)
Amerikalı kimyaçı Harry Coover uğursuz eksperiment nəticəsində yaranmış məhsul ilə 460 patentin sahibi olub. Eastman “Kodak” şirkətində işlədiği dövrdə o və komandası II Dünya Müharibəsi zamanı şəffaf plastik nişanlar hazırlamaq düşüncəsi ilə yüksək yapışqan kimyəvi siyanoakrilat istifadə edərək təcrübələr apardılar. Eksperiment uğursuz olsa da, ortaya Super Glue (super yapışqan) çıxdı. Bu yapışqan 1958-ci ildən sonra kommersiya uğuru qazandı və bazara təqdim olunan 320 dən çox yeni məhsulla birlikdə 2,5 milyard dollar gəlir gətirdi.
2. Bernice Gallego - İki dəfə uğur qazanan qadın
Bir dəfə şanslı olmaq hər kəsin arzusudur, amma Bernice Gallego Kaliforniyadan iki dəfə “jackpot” vuran yeganə qadındır. Bir dəfə slot maşını ona 250,000 dollar bağışladı. İkinci dəfə isə o, antik əşyalar arasında satılan bir kartı sadəcə 10 dollara eBay satış saytına yerləşdirdi. Sonradan məlum oldu ki, bu kart Amerika beysbolunun ən əsas kartlarından biridir. Kartın tanınması üçün axtarışlar başladı və sonrasında o, eBay da kartı 64,073 dollara satdı.
3. Frank Epperson - “Popsicle”in kəşfi
Frank Epperson hələ 11 yaşında ikən səhvən, şəhərin soyuq gecəsində limonad qarışığını qarışdıran çubuqla birlikdə çölə qoydu. Səhər oyandığında qarışıq donmuş və “Popsicle” (donmuş şirə çubuğu) meydana gəlmişdi. 1923-cü ildə o, bu ixtiranı “Eppsicles” adı ilə satışa çıxardı. 1924-cü ildə “Popsicle” şirkəti quruldu və ixtira patentləndi. 1928-ci ildə 60 milyondan çox “Popsicle”dən gəlir qazandı. 1983-cü ildə “Unilever” şirkəti “Popsicle” markasını 155 milyon dollar müqabilində satın aldı.
4. Joseph McVicker - “Play Doh”un yaradanı
Kimyəvi və toksik olmayan play-doh ilə başlayan hekayə, əslində 22 il boyunca qab-qacaq təmizləyici kimi istifadə edilirdi. 1954-cü ildə McVicker bu maddəni uşaqlarla sınaqdan keçirdi və onlar onunla oynamağı sevdilər. O, məhsulu badam ətiri və rənglərlə zənginləşdirdi və hit etdi. McVicker “Rainbow Crafts” şirkətini qurdu və 1964-cü ildə milyonlarla Play Doh buraxmağa başladı. O, şirkəti həmin il 3 milyon dollar-a General Mills-ə satdı.
5. Michael Sparks - Qədim əşyaların kolleksioneri
Michael Sparks köhnə və qəribə əşyaları toplamağa həvəsli idi. Bir dəfə ikinci əl dükanından satın aldığı köhnə parşamentin 1820-ci illərə aid İstiqlal Bəyannaməsinin kopyalarından biri olduğu üzə çıxdı. Bu parşament hərracda 477,650 dollar qiymətə satıldı.
6. Arthur Fry - Post it notlarının kəşfi
Arthur Fry kitab oxuyarkən işarələyicisinin daim düşməsindən bezmişdi. Elmi yanaşma ilə o, əvvəlcə başqa bir alim Spencer Silverin unikal yapışqanını xatırladı bə bununlada o “yapışqanlı kağız işarələyicilər” yaratdı. Yeddi il sonra Post It Notları milli bazarda təqdim edildi və hazırda dünyada çox geniş istifadə olunur. Bu ixtira Fry üçün böyük gəlirlər gətirdi.
7. George de Mestral - “Velcro”nun yaradıcısı
İsveçrə mühəndisi George de Mestral dağ bitkisi tikanlarının şalvarına yapışmasından ilhamlanaraq mikroskop altında araşdırma apardı. O, bu yapışmanı təmin edən kiçik strukturlar aşkar etdi. Beləliklə, Velcro adlı yenilikçi bağlama sistemi meydana gəldi. Məhsul Avropada büyük uğur qazandı. NASA astronavtlarının geyimlərində belə istifadə olundu.
8. Teri Horton - Hədiyyə məqsədilə alınan milyon dollarlıq tablo
1990 cı ildə Teri Horton Kaliforniyada ikinci əl dükanından 5 dollara tablo aldı. Onun planı bu əsəri dostuna hədiyyə etmək idi. Sonralar tablo bir hərracda 50 milyon dollar-a satıldı.
9. Robert Chesebrough - Vaselin ixtirasçısı
1859-cu ildə Chesebrough Pensilvaniyada neft quyularında işçilərin kəsikləri müalicə etmək üçün istifadə etdikləri “rod wax” (çubuq mum) maddəsini araşdırdı. 1872 ci ildə petrolatum (petrol jeli / vazelin) məhsulunu inkişaf etdirərək bazara çıxardı. Bu məhsul tez bir zamanda ABŞ-da hit oldu və dünya bazarında da yer tutdu.
10. Roy Plunkett - Teflonun Kəşfi
1938-ci ildə Plunkett soyuducu qazları ilə eksperiment apararkən səhvən bir qaz nümunəsini açıq qoydu. Səhər həmin nümunə donmuş mum formasında idi. O, bu məhsulu Teflon adı ilə brendləşdirdi.

