Adi süd məhsulunun dişləri çürüməkdən qoruduğu məlum oldu

10-10-2025, 15:58           
Adi süd məhsulunun dişləri çürüməkdən qoruduğu məlum oldu
Kefir ağız boşluğu mikroflorasına təsir edərək diş çürüməsi (karies) və diş əti iltihabı riskini azalda bilər.

Oxu.Az xəbər verir ki, bu barədə "Dentistry Journal" nəşrində dərc olunan icmalda məlumat verilib.

Araşdırmalara görə, kefirin müntəzəm istehlakı əsas "kariesogen" bakteriyalar olan Streptococcus mutansların sayını azaldır, diş ərpinin əmələ gəlməsini zəiflədir və diş əti xəstəliklərinin (periodontit) göstəricilərini yaxşılaşdırır. Bir araşdırmada isə ağız boşluğunun natrium-ftoridlə qarqara edilməsinin Streptococcus mutans bakteriyalarının azalmasında effektiv olduğu müəyyən edilib.

Tədqiqatçılar bildiriblər ki, bu təsirin mexanizmi kefirdəki mikroorqanizmlərin - ilk növbədə laktobakteriyalar və bifidobakteriyaların probiotik xüsusiyyətləri ilə bağlıdır. Bu mikroorqanizmlər patogenlərlə rəqabət aparır, üzvi turşular və antimikrob maddələr ifraz edərək ağız boşluğunun mikroflorasını sabitləşdirirlər.

Müəlliflər qeyd ediblər ki, əldə edilən məlumatlar hələ birmənalı deyil. Araşdırmalarda istifadə olunan kefirin növləri, dozası (gündə 100-250 ml) və müalicə müddəti fərqli olub. Əksər tədqiqatlar qısamüddətli aparıldığı üçün standart metodologiya formalaşmayıb. Buna görə də, kefiri "müalicəvi vasitə" kimi qəbul etmək hələ tezdir. O sadəcə əsas gigiyena, ftor tərkibli məhsullar və stomatoloji müalicə üçün köməkçi tədbir kimi qiymətləndirilə bilər.

Qeyd etmək lazımdır ki, kefir canlı, fermentləşdirilmiş bir məhsuldur. İmmun sistemi zəif olan şəxslərin istənilən probiotiki yalnız həkim məsləhəti ilə qəbul etməsi tövsiyə olunur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru