Avropanın telefondan ən çox istifadə edən ölkəsi açıqlandı

13-10-2025, 15:14           
Avropanın telefondan ən çox istifadə edən ölkəsi açıqlandı
Türkiyə ayda 493 dəqiqəyə çatan orta mobil danışıq müddətinə görə Avropada birinci yerdədir.
Ajans.az xəbər verir ki, bu barədə Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu bildirib.

Nazirin sözlərinə görə, Türkiyənin elektron rabitə sektorunda 405 operator fəaliyyət göstərir, ümumilikdə 751 lisenziya verilib.

"İlin ikinci rübündə 81,8 milyard dəqiqə mobil zəng edilib. Bu, Türkiyənin ayda orta hesabla 493 dəqiqə istifadə etməklə mobil danışıq həcminə görə Avropada lider olduğunu təsdiqləyir", - deyə Uraloğlu bildirib.

2025-ci ilin ikinci rübünə olan məlumata görə, ölkədə genişzolaqlı abunəçilərin sayı 20,7 milyon stasionar və 76,6 milyon mobil abunəçi olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru