Belə getsə, pivə tapılmayacaq, qiymət isə bahalaşacaq - ŞOK SƏBƏB

14-10-2025, 00:05           
Belə getsə, pivə tapılmayacaq, qiymət isə bahalaşacaq - ŞOK SƏBƏB
İqlim dəyişikliyi artıq yalnız təbiətə deyil, qida və içki sənayesinə də ciddi təsir göstərir. Alimlərin son proqnozlarına görə, pivənin əsas komponentlərindən biri olan mayaotu (“humulus lupulus”) bitkisinin məhsuldarlığı və keyfiyyəti iqlim dəyişiklikləri fonunda sürətlə pisləşir. Bəs, mayaotu istehsalında azalma pivənin qiymətinə və çeşidlərinə necə təsir edə bilər?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən iqtisadçı Akif Nəsirli bildirib ki, mayaotu pivənin həm dad, həm də aroma keyfiyyətini formalaşdıran əsas xammaldır və onun istehsalındakı azalma birbaşa pivə sənayesinə təsir göstərəcək. Ekspertin sözlərinə görə, bu təsirlər əsasən üç istiqamətdə özünü büruzə verəcək, qiymət artımı, çeşidlərin azalması və sənayenin uyğunlaşma cəhdləri.

“İqlim dəyişikliyi nəticəsində mayaotu məhsuldarlığının azalması xammalın bahalaşmasına, nəticədə isə pivənin qiymətinin yüksəlməsinə səbəb olacaq. Eyni zamanda, müəyyən mayaotu sortlarının itməsi bəzi pivə növlərinin bazardan çəkilməsinə, qalanlarının isə dad və ətir baxımından fərqlənməsinə gətirib çıxara bilər”.

Ekspert əlavə edib ki, pivə istehsalçıları yeni iqlim şəraitinə uyğunlaşmaq üçün daha sərin regionlarda əkin sahələri axtarmağa və iqlimədavamlı mayaotu sortları üzərində tədqiqat aparmağa məcbur qalacaqlar.

Beləliklə, yaxın onilliklərdə pivə mədəniyyəti həm iqtisadi, həm də dad baxımından dəyişə bilər, bahalaşma, çeşidlərin azalması və klassik dadların itməsi iqlim dəyişikliyinin pivə sənayesinə gətirəcəyi əsas nəticələr kimi dəyərləndirilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru