Yeməkdən sonra niyə mədə ağrıyır? - Rusiyalı həkimdən açıqlama

14-10-2025, 17:44           
Yeməkdən sonra niyə mədə ağrıyır? - Rusiyalı həkimdən açıqlama
Nahardan sonra mədədə ağırlıq, kəskin ağrı və qıcqırma bir çoxlarına tanışdır. Çox vaxt insanlar bu halda dərhal qastrit, xroniki pankreatit və ya öd kisəsində "qum" barədə düşünürlər.

Bu barədə rusiyalı qastroenteroloq Andrey Xaritonov KP.ru-ya müsahibəsində bəhs edib.

O qeyd edib ki, bu simptomların əksəriyyəti tamamilə fərqli səbəblərdən qaynaqlanır.

"Ağrı və diskomfort çox vaxt funksional dispepsiya ilə əlaqəli olur ki, bu zaman hansısa görünən zədələnmə olmadan mədə fəaliyyəti pozulur. Simptomlar sinirlərin dartılmağa, normal xlor turşusuna və ya safraya həssaslığının artması səbəbindən yaranır. Stres, narahatlıq və kifayət qədər yuxunun olmaması bu hissləri gücləndirir", - deyə ekspert bildirib.

Dərin yerləşmiş sinirlər beyinə siqnal göndərir, buna görə də emosional gərginlik və ya yorğunluq yeni ağrı spazmalarına səbəb ola bilər. Bənzər mexanizm qıcıqlanmış bağırsaq sindromu zamanı da ortaya çıxır.

Bu halın yüngülləşdirilməsi üçün həyat tərzinin və yuxunun tənzimlənməsi, narahatlığın azaldılması lazımdır. Həmçinin antidepresanlar da daxil olmaqla, həkimin təyinatı ilə neyromodulyatorlardan da istifadə edilə bilər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru