İnsanların da yoluxa biləcəyi təhlükəli virus yayılır: Cəlilabadda sahibkarlar çıxılmaz vəziyyətdə VİDEO

14-10-2025, 16:24           
İnsanların da yoluxa biləcəyi təhlükəli virus yayılır:
Cəlilabadda heyvanlar arasında dabaq xəstəliyi yayılıb. Xəstəlik əsasən rayonun Sərhədabad, Adnalı və Uzuntəpə kəndlərində müşahidə olunub.

Təsərrüfat sahibləri yaranan vəziyyətlə bağlı narahatdırlar.

"Ölən heyvanları satmırıq. Sata bilmərik, neçə heyvan ölüb basdırmışıq. Camaatı qıra bilmərik. Qorxuludur. Həkimlərə xəbər vermişik, onlar da gəlib iynə vurmaq istəyiblər. İynə vurulan heyvanlar qırılıb ölüb, ona görə də daha vurdurmağa qoymadıq, xəstəliyə peyvənd olunanlar da tutulur, olunmayanlar da", - deyə sahibkarlar bildiriblər.

Eksperlər bildirirlər ki, xəstəlik yoluxucudur, hətta insanlara da keçə bilər.

Məsələ ilə bağlı Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) verilən məlumatda bildirilir ki, heyvan mənşəli məhsulların tədarükü, saxlanması və satışı ilə məşğul olan təşkilatlara yalnız baytarlıq ekspertizasından keçirilmiş, əhalinin sağlamlığı üçün təhlükəsizlik tələblərinə cavab verən və yoluxucu xəstəliklərə görə sağlam olan təsərrüfatlardan çıxan heyvan mənşəli məhsul qəbuluna, saxlanmasına və satışına ərazinin səlahiyyətli Dövlət Baytarlıq Orqanı tərəfindən verilən sənəd əsasında yol verilir. Qurumdan məhz dabaq xəstəliyi barədə açıqlama verilmədi.

Daha ətraflı Baku TV-nin videomaterialında:













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru