Astronomlardan xəbərdarlıq: Günəşdə çoxlu partlayışlar olacaq VİDEO

15-10-2025, 17:34           
Astronomlardan xəbərdarlıq: Günəşdə çoxlu partlayışlar olacaq  VİDEO
Yerə böyük həcmdə plazma yaxınlaşır və bunun fonunda Günəşdə fəallıq artır.

Bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası laboratoriyası məlumat yayıb.

Laboratoriyadan xəbərdarlıq ediblər ki, artıq oktyabrın 15-də Günəşdə rekord sayda partlayışlar olacaq.

Bildirilir ki, bu tarixdə iki-üç aylıq rekordlar qırılacaq.

14 oktyabr, 17:52

2025-ci ilə təsadüf edən ən böyük protuberanslardan (Günəşin kənarında çıxıntı şəklində və ya səthində qara "ləkələr" kimi müşahidə olunan plazma kütləsi - red.) biri Günəşdən ayrılıb. Ancaq onun Yer kürəsinə gəlib çatmayacağı ehtimal edilir.

Oxu.Az-ın TASS-a istinadən xəbərinə görə, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası laboratoriyası və Rusiya Elmlər Akademiyasının Sibir bölməsinin Günəş-Yer Fizikası İnstitutundan məlumat verilib.

"Bu gün Moskva vaxtı ilə saat 2:00-4:00 (Bakı vaxtı ilə saat 3:00-5:00 - red.) aralığında Günəşdən bu ilin ən böyük protuberanslarından biri ayrılıb. O, son bir neçə gün ərzində ulduzun şərq kənarında müşahidə olunurdu və bu müddət ərzində tədricən Yerə doğru istiqamətlənirdi", - deyə məlumatda bildirilib.

Mütəxəssislərin sözlərinə görə, onun trayektoriyası dəqiq Merkuri ilə Yer arasından keçəcək. Çox güman ki, planetlər bundan təsirlənməyəcək.

"Koronaqraf məlumatlarına görə, plazma lifi indiyə qədər Günəşdən təxminən 20 milyon kilometr məsafədə uzaqlaşmalı idi", - deyə hesabatda qeyd olunub.

Bundan əlavə, alimlər vurğulayıblar ki, əgər protuberans oktyabrın 14-də ayrılmasaydı, hesablamalara görə, sabah (15 oktyabr) plazma lifi planetlərin kənarına toxuna bilərdi. Əgər cümə gününə (17 oktyabr) qədər Günəşdə qalsaydı və bundan sonra ayrılsaydı, o halda Yerə birbaşa zərbəsi dəyəcəkdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru