Uzunömürlülüyün sirri olan vərdişlər müəyyən edildi

15-12-2025, 17:44           
Uzunömürlülüyün sirri olan vərdişlər müəyyən edildi
Dünyada insanların 100 yaşa qədər yaşama ehtimalının yüksək olduğu bölgələr mavi zonalar adlanır.

Oxu.az "Mirror"a istinadən xəbər verir ki, dünyada cəmi beş belə ərazi var: İtaliyada Sardiniya, Yunanıstanda İkariya, Yaponiyada Okinava, ABŞ-də Loma-Linda, Puerto-Rikoda Nikoya.

Mavi zonaların sakinlərinin həyat tərzi əsasən oxşardır: Sadə yemək, isti ailə münasibətləri və asta həyat tempi.

Maraqlıdır ki, bu bölgələrin əksəriyyətində insanlar gündə bir və ya iki qədəh şərab içirlər. Bu, yalnız bayramlar və ya özəl günlərlə məhdudlaşmır, həm də gündəlik həyatın ayrılmaz bir hissəsinə çevrilib.

Tədqiqatçılar, həmçinin qeyd edirlər ki, mavi zonaların sakinləri sadəcə sakit, mənalı və rahat yaşamağa çalışırlar. Onların uzunömürlülüyünün əsas sirri də elə budur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru