Bu il Azərbaycandan ən çox hansı ölkələrə pul göndərilib? – Tam siyahı

16-12-2025, 07:25           
Bu il Azərbaycandan ən çox hansı ölkələrə pul göndərilib? – Tam siyahı
Bu ilin ilk 9 ayı ərzində Azərbaycandan xarici ölkələrə fiziki şəxslər tərəfindən 361 milyon 357 min dollar pul göndərilib.
Rəsmi məlumatlara görə ötən ilin eyni dövrü ilə müqayisədə xaricə göndərilən vəsaitlərin həcmi 46,9 milyon dollar və ya 11,5% azalıb.
Qeyd edək ki, 2025-ci ilin ilk 9 ayı ərzində Azərbaycandan ən çox vəsait Türkiyəyə köçürülüb. Belə ki, qonşu ölkəyə 104,5 milyon dollar (ümumi məbləğin 28,9%-i) göndərilib.
İkinci yerdə ABŞ qərarlaşıb. Ötən ilin eyni dövrü ilə müqayisədə Amerikaya göndərilən pullar 9,2 milyon dollar artaraq 55,7 milyon dollara yüksəlib. Bu isə ümumi köçürmələrin 15,4%-nə bərabərdir.
2025-ci ilin ilk 9 ayında Azərbaycandan xaricə köçürülən pulların ölkələr üzrə tam siyahısı belədir:
Türkiyə – 104,5 mln. $ (28,9%);
Amerika Birləşmiş Ştatları – 55,7 mln. $ (15,4%);
Rusiya Federasiyası – 34,3 mln. $ (9,5%);
Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı – 20,5 mln. $ (5,7%);
Gürcüstan – 19,8 mln. $ (5,5%);
Almaniya – 17,9 mln. $ (5,0%);
Birləşmiş Ərəb Əmirlikləri – 15,5 mln. $ (4,3%);
Kanada – 6,9 mln. $ (1,9%);
Çin – 5,4 mln. $ (1,5%);
İsveçrə – 5,4 mln. $ (1,5%);
Qazaxıstan – 5,1 mln. $ (1,4%);
İtaliya – 4,7 mln. $ (1,3%);
İspaniya – 4,0 mln. $ (1,1%);
Ukrayna – 4,0 mln. $ (1,1%);
Litva – 3,9 mln. $ (1,1%);
Fransa – 3,9 mln. $ (1,1%);
Avstriya – 3,8 mln. $ (1,0%);
Koreya Respublikası – 3,6 mln. $ (1,0%);
Çexiya – 3,6 mln. $ (1,0%);
Polşa – 3,4 mln. $ (1,0%);
Belçika – 3,1 mln. $ (0,9%);
Niderland Krallığı – 2,9 mln. $ (0,8%);
Özbəkistan – 2,8 mln. $ (0,8%);
İsrail – 2,6 mln. $ (0,7%);
Hindistan – 1,7 mln. $ (0,5%);
Avstraliya – 1,1 mln. $ (0,3%);
Digər dövlətlər – 21,4 mln. $ (5,9%)./yeniavaz.com












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru