Rusiya Ukrayna savaşında 1 300 000 əskər itirib- NATO

12-02-2026, 10:14           
Rusiya Ukrayna savaşında 1 300 000 əskər itirib- NATO
Rusiyanın Ukraynaya qarşı müharibədə itkiləri 1 milyon 300 min nəfər təşkil edib.

Tribuna.az xəbər verir ki, bu barədə NATO-nun hesabatında deyilir

Bunlardan 350.000-i həlak olub. Təkcə 2025-ci ildə 400.000 Rusiya əsgəri həlak olub və ya yaralanıb.

“Rusiya itkiləri arasında ölüm nisbəti bizi təəccübləndirir. Ruslar qeyri-mütənasib dərəcədə yüksək itkilər verirlər; onlar olduqca ağır itkilər verirlər”, – deyə alyans nümayəndəsi qeyd edib.

O, bunu, xüsusən də, Rusiya Ordusunun döyüş meydanında tibbi yardımın aşağı səviyyədə olması ilə əlaqələndirib.

NATO-nun hesablamaları Ukraynanın rəqəmlərinə yaxındır: Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatına görə, Rusiyanın itkiləri 1.249.380 nəfər təşkil edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]