Proqram yenilənməsi avtomobilinizi gücünü zəiflədə bilər - VİDEO

25-03-2026, 17:24           
Proqram yenilənməsi avtomobilinizi gücünü zəiflədə bilər - VİDEO
Proqram təminatı ilə işləyən avtomobillər bir müddət sonra sıradan çıxa bilər.

TEREF Xəzər TV-yə istinadən xəbər verir ki, müasir avtomobillər artıq yalnız mühərrikdən ibarət deyil. Onlar həm də proqram təminatı ilə idarə olunur. İstehsalçılar hər il yeni funksiyalar əlavə edir. Lakin 5 il əvvəl istehsal olunmuş avtomobillərin prosessorları bu əlavə yüklənməni daşımaqda çətinlik çəkə bilər.


Avtomobil elektriki Xaliq Əliməmmədov bildirib ki, bəzi hallarda proqram yenilənmələri elektrikli avtomobillərin batareya ömrünü qorumaq məqsədilə onların sürətlənmə gücünü və ya şarj sürətini gizli şəkildə azalda bilər.

Bəs ustanın "dolur" dediyi yaddaşı artırmaq mümkündürmü?

Xaliq Əliməmmədovun sözlərinə görə, avtomobillərin əyləc və təhlükəsizlik sistemləri bu cür yavaşlamalardan sığortalanıb, yəni proqram təminatında problem yaransa belə, sükan kilidlənmir. Görünən odur ki, gələcəkdə avtomobil alarkən yalnız mühərrik gücünə deyil, həm də onun prosessor gücünə və əməliyyat yaddaşına diqqət yetirmək lazım gələcək. Əks halda, avtomobil bir neçə proqram yenilənməsindən sonra istifadəyə yararsız hala düşə bilər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru