Moskvada dron hücumlarının foto və videolarının yayılması qadağan olunub

Bu gün, 16:34           
Moskvada dron hücumlarının foto və videolarının yayılması qadağan olunub
Moskvada dron hücumlarının foto və videolarının dərc olunması qadağan olunub.

Bu barədə Moskva meriyasının mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Moskva dron hücumlarının foto və videolarının dərc olunmasına məhdudiyyətlər qoyub.

Bunun ictimai təhlükəsizliyi təmin etmək, feyk xəbərlərlə mübarizə aparmaq üçün lazım olduğu qeyd olunub.

Məhdudiyyətlərin Rusiya Müdafiə Nazirliyi, meriya və Moskva hökuməti tərəfindən dərc edilən məlumatlara şamil edilməyəcəyi vurğulanıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru