İş saatları artırılır, maaş dəyişmir? Deputatdan AÇIQLAMA
Dünən, 15:24
Son günlər bəzi sahələrdə çalışanların iş saatlarının artırılması, əlavə iş saatlarına görə ödəniş edilməməsi və işçi işdən çıxarıldıqdan sonra həmin ştatın bağlanılması ilə bağlı iddialar müzakirə mövzusuna çevrilib.
Mövzu ilə bağlı Referans Media-ya açıqlama verən Deputat Fazil Mustafa bildirib ki, əgər bu cür qaydalar mövcuddursa, bu, xoşagələn hal deyil. Onun sözlərinə görə, əsas məqsəd insanların daha çox işlə təmin olunması olmalıdır.
Deputat qeyd edib ki, bu sahə vaxtilə işsizliyin azaldılması üçün mühüm təşəbbüslərlə çıxış edib. Lakin hazırda həmin sistemin özündə də işsizliklə bağlı məsələlərin aktuallaşması diqqət tələb edir.
Fazil Mustafa vurğulayıb ki, ehtimal ki, ştatların çoxluğu səbəbindən ixtisarlar aparılır və bu məqsədlə belə bir modelə üstünlük verilir. Bununla belə, o bildirib ki, işdən çıxarılan hər bir vətəndaşın problemi ümumilikdə ölkənin rifahına təsir edir və onların başqa sahələrdə işlə təmin olunması üçün addımlar atılmalıdır.