Çexiyada qızıl xəzinəsi tapan turistlərə fantastik mükafat veriləcək

Dünən, 12:38           
Çexiyada qızıl xəzinəsi tapan turistlərə fantastik mükafat veriləcək
Çexiyada qızıl sikkələr və qiymətli əşyalardan ibarət xəzinə tapan iki turist təxminən 480 min avro məbləğində mükafat alacaq.

Oxu.Az "Ruski.radio.cz" saytına istinadən xəbər verir ki, xəzinə ölkənin şimal-şərqində yerləşən Podkrkonoşi dağlıq bölgəsində gəzinti zamanı aşkarlanıb. Tapılan qiymətli metalların ümumi çəkisi təxminən 7 kiloqramdır. Turistlər tapıntını dərhal muzeyə təhvil veriblər. Mükafatın ödənilməsi mədəni irsin qorunması haqqında qanunvericiliyə uyğun olaraq həyata keçirilir.

Xəzinəyə 598 ədəd sikkə, həmçinin bəzək əşyaları, tütün qutuları və digər məmulatlar daxil olmaqla 30-dan çox müxtəlif əşya daxildir. Aparılan analizlər göstərib ki, sikkələrin demək olar ki, hamısı yüksək əyarlı qızıldan hazırlanıb.

Mütəxəssislərin qiymətləndirməsinə görə, tapıntının əsas hissəsini Fransamənşəli sikkələr təşkil edir. Bundan əlavə, xəzinədə Avstriya-Macarıstan zərbxanalarına aid nümunələr, həmçinin Belçika və Osmanlı sikkələri də mövcuddur ki, bu da tapıntının zəngin tarixi mənbələrə malik olduğunu sübut edir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru