BVF: Müharibə davam etdikcə qlobal iqtisadiyyat tənəzzülə uğraya bilər
Dünən, 15:38
Yaxın Şərqdə münaqişə yay aylarında davam edərsə, qlobal iqtisadiyyat ciddi şəkildə yavaşlaya və tənəzzülə daxil ola bilər.
Valyuta.az xəbər verir ki, bunu Beynəlxalq Valyuta Fondunun (BVF) rəhbəri Kristalina Georgieva deyib.
"Əgər yay aylarında da Hörmüz boğazı vasitəsilə tədarükdə fasilələrin davam etdiyini görsək, iqtisadi artım xeyli daha ciddi şəkildə zəifləyəcək. Və əlbəttə ki, biz ümid edirik ki, qarşısını almağa çalışdığımız ən pis ssenari baş verməyəcək", deyə Georgieva bildirib.
BVF rəhbərinin sözlərinə görə, Yaxın Şərqdəki münaqişə səbəbindən dünya iqtisadiyyatı neft və qaz təchizatının təxminən 20 faizini itirə bilər. O, milli hökumətləri neft məhsullarının ixracına məhdudiyyətlər qoymamağa çağırıb, belə addımların yalnız təchizat şokunu daha da gücləndirəcəyini vurğulayıb.