BBC son 15 ilin ən böyük ixtisarını elan etdi

Dünən, 11:38           
BBC son 15 ilin ən böyük ixtisarını elan etdi
BBC son 15 ildə ən böyük ixtisar planını açıqlayıb.

Oxu.Az xəbər verir ki, BBC-nin baş direktoru vəzifəsini icra edən Rodri Talfan Devis bəzi televiziya kanallarının və xidmətlərinin fəaliyyətinin dayandırılmasını da istisna etməyib. Yeni plan hər 10 əməkdaşdan birinin - ümumilikdə 1 800-2 000 nəfərin işdən çıxarılmasını nəzərdə tutur.

Baş direktorun sözlərinə görə, bu sərt addım yaxın iki il ərzində xərclərin 500 milyon funt-sterlinq azaldılması proqramının tərkib hissəsidir.

Qeyd edək ki, ixtisar xəbərləri qurumun hüquqi problemləri ilə eyni vaxta təsadüf edir. Belə ki, ABŞ Prezidenti Donald Tramp çıxışının təhrif olunması iddiası ilə BBC-dən 10 milyard dollar təzminat tələb edib. Bu iddia üzrə məhkəmə prosesi 2027-ci ilin fevral ayına təyin olunub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru