Hamiləlik zamanı DHT-nin ana və körpənin sağ qalmasında rolu
Bu gün, 10:54

Hamiləlik dövründə bəzi körpə hüceyrələri ananın qanına keçir və sonra yenidən körpəyə qayıdır. Buna “ana-döl mikroximerizmi” deyilir.
41 həftə ərzində ana və körpənin hüceyrələri qarışıb irəli-geri dövr edir və körpə doğulduqdan sonra, bu hüceyrələrin çoxu ananın bədənində qalır. Həm körpənin toxumalarında, sümüklərində, beynində və dərisində həm də ananın vücudunda qalıcı iz buraxır və hətta onlar çox vaxt onilliklər boyu orada qalırlar.
Ananın sahib olduğu hər övladı onun bədənində oxşar iz buraxacaq.
Hamiləlik bitməsə və ya abort etsəniz belə, bu hüceyrələr hələ də qan dövranına dolaşmaqda olur.
Tədqiqatlar göstərdi ki, ananın ürəyi və ya başqa orqanı zədələndikdə, fetal hüceyrələr zədələnmiş yerə tələsir və ürəyin təmirində ixtisaslaşan müxtəlif növ hüceyrələrə diferensiallaşır. (Ana qanında fetal hüceyrələrin (DNT) aşkarlanması hamiləlik zamanı aparılan skrininq testidir. Bu test körpənin genetik materialını müəyyən etmək və ananın qanında olan fetal hüceyrələrin DNT-sini təhlil etmək üçün istifadə olunur. Bu test genetik xəstəlikləri və anormallıqları aşkar etməyə kömək edir.) Uşaq ananın müalicəsinə kömək edərkən, ana da uşağın zəifləyən hüceyrələrinə can verir.
Buna görə hamiləlik zamanı bir çox xəstəliklərin yox olma səbəbi bundan irəli gəlir.
Təəccüblüdür ki, ananın vücudu körpəni nəyin bahasına olursa olsun qoruyur və körpə də öz növbəsində ananı qoruyub müalicə edir ki, ana bu çətin məqamda sağ qala bilsin.
Tədqiqatlar həmçinin doğuşdan 18 il sonra belə ananın beynində döl hüceyrələrinin olduğunu göstərib.
Bu nə qədər möhtəşəm və möcüzəlidir!!!
Есмира Шукурова
TEREF

