Qədim məbədin xarabalıqlarında görün kimin başı tapıldı

Bu gün, 17:24           
Qədim məbədin xarabalıqlarında görün kimin başı tapıldı
Misirin Bəni-Sueyf əyalətindəki İxnasia-əl-Mədinə rayonunda arxeoloji qazıntılar zamanı qədim məbəd xarabalıqları və mərmərdən hazırlanmış Afrodita heykəlinin baş hissəsi aşkarlanıb.

Bu barədə Misirin Turizm və Qədim Əşyalar Nazirliyinə istinadla "RİA Novosti" məlumat yayıb.

Nazirliyin açıqlamasına görə, Qədim Əşyalar üzrə Ali Şuranın arxeoloji missiyası antik dövrdə Herakleopol şəhərinin yerləşdiyi ərazidə Roma bazilikasının genişləndirilmiş hissələrini və dor üslubunda inşa edilmiş məbədin qalıqlarını aşkar edib.

Bundan başqa, mütəxəssislər eramızdan əvvəl XIX əsrdə hakimiyyətdə olmuş firon III Senusertin adı həkk olunmuş daş blok və Qədim Misir dövründə, həmçinin ellinizm erasında sitayiş edilən Osiris-Naref ilahəsinin adı olan kartuş tapıblar.

Ekspertlər bildirirlər ki, bu tapıntılar Herakleopolun qədim dövrlərdən Roma dövrünə qədər olan dini və mədəni əhəmiyyətini daha dərindən anlamağa imkan verir.

Qeyd edək ki, Herakleopol Misirin IX və X sülalələri dövründə paytaxt olmuş və uzun müddət ölkənin mühüm mərkəzlərindən biri hesab edilmişdir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru