Qubada sel sularının yaratdığı TƏHLÜKƏLİ VƏZİYYƏT - İki aydır çarə tapılmır - VİDEO

Bu gün, 15:18           
Qubada sel sularının yaratdığı TƏHLÜKƏLİ VƏZİYYƏT -
İki ay əvvəl selin yaratdığı fəsad hələ də aradan qaldırılmayıb, kəndə gedən yol dağılıb…

Xəzər TV xəbər verir ki, Quba rayon mərkəzindən təxminən dğrd kilometr məsafədə yerləşən Almazqazmaları kəndinə gedən yol sel sularının təsirindən ciddi şəkildə zədələnib. Yolun bir hissəsi uçduğundan hərəkət zolağı xeyli daralıb.

Hazırda avtomobillər bu ərazidən böyük risklə hərəkət edirlər və sakinlər hər an qəza baş verə biləcəyindən narahatdırlar. Onların sözlərinə görə, artıq iki aydan çoxdur ki, vəziyyət bu şəkildə davam edir.

Məsələ ilə bağlı Quba Rayon İcra Hakimiyyətindən bildirilib ki, tədbirlər planına uyğun olaraq təmir-bərpa işləri aparılacaq. Qurumdan verilən məlumata görə, yağıntılar səngidikdən sonra sözügedən keçidin bərpasına başlanılması nəzərdə tutulur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru