Bu ay 10 gün iş olmayacaq — Ardıcıl istirahət günləri gözlənilir

Bu gün, 10:27           
Bu ay 10 gün iş olmayacaq — Ardıcıl istirahət günləri gözlənilir
Azərbaycanda iyun ayında vətəndaşları əlavə istirahət günləri gözləyir.

Nazirlər Kabinetinin qərarları və əmək qanunvericiliyinə uyğun olaraq iyunda ümumilikdə 10 qeyri-iş günü olacaq.

Belə ki, 15 İyun – Milli Qurtuluş Günü və 26 İyun – Silahlı Qüvvələr Günü qeyri-iş günləri hesab edilir. Bu il 15 iyun bazar ertəsi, 26 iyun isə cümə gününə təsadüf edir.

Rəsmi bayramlarla yanaşı, ay ərzində şənbə və bazar günləri də istirahət günləri olacaq. Beləliklə, iyunun 6, 7, 13, 14, 20, 21, 27 və 28-i qeyri-iş günləri kimi qeyd ediləcək.

Nəticədə iyun ayında qeyri-iş günlərinin ümumi sayı 10-a çatacaq.

Bundan əlavə, bayram günlərinin həftəsonu ilə ard-arda düşməsi səbəbindən vətəndaşlar üçün iki dəfə ardıcıl üç günlük istirahət imkanı yaranacaq. Belə ki, 13, 14 və 15 iyun tarixləri, eləcə də 26, 27 və 28 iyun tarixləri ardıcıl qeyri-iş günləri olacaq.

Beləliklə, iyun ayında həm dövlət bayramları, həm də həftəsonları nəzərə alınmaqla vətəndaşlar ümumilikdə 10 gün istirahət edəcəklər. (Trend)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru