ABŞ iranı bombaladı, Tehrandan cavab gecikmədi – Bölgə yenidən müharibəyə sürüklənir
Bu gün, 10:28

Bu gün səhərə yaxın ABŞ ordusu Hörmüz boğazı yaxınlığındakı İrana məxsus Qeşm adası və Görükdəki İran radar qurğularına və PUA komandanlıq mərkəzlərinə zərbə endirib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, Vaşinqton əməliyyatı özünümüdafiə kimi xarakterizə etsə də, İran İnqilab Keşikçiləri bunu ölkəyə hücum sayıb və dərhal əks hücum həyata keçirib.
ABŞ Mərkəzi Komandanlığı əməliyyatın İranın beynəlxalq sularda fəaliyyət göstərən ABŞ-ın MQ-1 pilotsuz təyyarəsini vurmasından sonra həyata keçirildiyini iddia etsə də, İran İnqilab Keşikçiləri Korpusu bəyanat yayaraq, bunun qarşılığına Sirik adasında ABŞ-a məxsus telekommunikasiya qülləsini, o cümlədən bölgədəki hava bazalarını vurduğunu açıqlayıb.
İran İnqilab Keşikçiləri Korpusu bununla yetməyib, ABŞa hədə-qorxu gəlib: “Əgər ABŞ daha bir hərbi addım atarsa, o zaama İranın cavabı tamamilə fərqli olacaq”.
Bu arada isə Küveyt Müdafiə Nazirliyi ölkədə raket və dron hücmu olduğu barədə bəyanat yayıb.
Qeyd edilib ki, ölkənin hava hücumundan müdafiə sistemləri İrandan atılan raket və dronları “ələ keçirib”. Buna baxmayaraq, paytaxt da daxil olmaqla bir çox bölgədə partlayış səsləri eşidilib: “Bu partlayış səsləri zərərsizləşdirilən raket və dornlarındır...”
Xatırladaq ki, Tramp ötən gün İranın nüvə ehtiyatını onlara verilməsini və Hörmüz boğazının ABŞ maraqlarına uyğun açılmasını tələb edib.

