Dünyanın ən çox qızıl ehtiyatına malik ölkələri açıqlandı

Bu gün, 10:34           
Dünyanın ən çox qızıl ehtiyatına malik ölkələri açıqlandı
Qlobal iqtisadiyyatda "təhlükəsiz sığınacaq" olaraq görülən qızılın tədarükündə rəqabət davam edərkən, dünyanın ən böyük qızıl ehtiyatına malik ölkələrin siyahısı açıqlanıb.

TEREF xəbər verir ki, siyahıya ABŞ başçılıq edir. Bu ölkə 8133 ton qızıl ehtiyatına sahibdir.

Almaniyanın 3350 ton, İtaliyanın isə 2452 ton qızıl ehtiyatı var.

Maraqlıdır ki, ABŞ ilə birlikdə dünyanın ən güclü iqtisadiyyatına malik olan Çin bu siyahıda altıncıdır. Ölkə 2304 ton qızıl ehtiyatına malikdir.

641 ton qızılı olan Türkiyə isə siyahıda 10-cu yerdədir./trend.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru