OYRATLAR

Bu gün, 12:14           
OYRATLAR
1256-cı ildə Hülakü xanın ordusunda Azərbaycana gəlib yerləşən sayca ən böyük tayfa oyratlardır. Oyratlar uyğur türkləridir. Azərbaycanda onların adı ilə bir neçə yaşayış məntəqəsi yadigar qalıb.
Öyrət kəndi - Şəki şəhəri
Böyük və Kiçik Oryat kəndləri - Neftçala rayonu
Arayatlı kəndi - Füzuli rayonu
Orand kəndi - Lerik rayonu
1230-cu ildə Moğolların Azərbaycana ikinci yürüşü zamanı oyratlardan Arqun Ağa Əcəm İraqına hakim təyin edilmişdi. Hülakü xan isə onu dövlət katibliyinə gətirdi. Əxlat, Van, Diyarbəkir, Mosul, Ərzurum, Mardin bölgələri oyratların idarəsinə verilmişdi.
Elxanilərin zəiflədiyi dövrdə Oyratlar Anadoluda Eretna (1335 - 1381) və Sutay bəyliklərini (1312 - 1352) yaratdılar.
Elxanilər dövründə (1258 - 1357) oyratların əsas əmirləri aşağıdakılar idi:
1. Buğa Teymur
2. Arqun Ağa
3. Məhəmməd bəy
4. Əmir Novruz
5. Turaqay Görgən
6. Kuktay Bahadır
7. Əli Padişah
8. Hacı Torğay
9. Sutay Noyon
10. Əmir Eretna
11. İbrahim Şah
12. Pir Məhəmməd
Əkbər N.Nəcəf, Cəlayirilər səh 76 - 80
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru