KIRIM VƏ KIRIM TÜRKLƏRİ SOVET DÖVRÜNDƏ I ( V ) YAZI I ( V ) YAZI
Bu gün, 11:04

Qaspıralının milli maariflə bağlı reformu Rusya İmperatorluğu- nun digər Müsləman bölgələrində olduğu kimi, onun Vətəni olan Kırımda da gənc milli ziyalıların ortaya çıxmasına xidmət etmişdi. Bu ziyalılar içərisində yalnız Qaspıralının görüşlərinə qatılanlar deyil, ondan tamamilə fərqli düşüncələrə sahib radikal gənclər də yer almaq- daydı. Xüsusilə, Rus illeqal siyasi partiyalarından Sosialist İnqilabçıla- rının görüşlərinin təsiri altında olan bu gənclər, Çarlıq rejimiylə uzlaşma yerinə ona doğrudan savaş açma və bu yolda hətta terörist olanlar da daxil Rus inqılabçı ünsürləri ilə işbirliyi yapılmasını müdafiə edirdilər. Əvvəllər az sayda olan bu gənc qruplar Qaspıralının müdafiə etdiyi İslam dini və Türk milli kimlik əsaslarını qəbul etməklə yanaşı, bunu Kırıma aid bir “Vətən” anlayışı ilə möhkəmlətmiş və Kırımın Müsəlman Türklərinin, yəni Kırım Tatarlarının orijinal müasir milli kimliyinin təşəkkülünə yardımda bulunmuşdular.
Önce 1905-ci il Rus İnqilabı və xüsusilə də 1908-ci il Osmanlı Məşrutiyyət İnqilabı ilə birlikdə Kırım Tatarları və Türkiyə Türkləri arasındakı əlaqələr sürətlənmişdi. Kırım Tatarlarının böyük ehtiyac duyduğu tədris kadrları Türkiyədən gələn əsasən Kırım Tatar əsilli müəllimlər olmaqla, xeyli Kırım Tatar gəncləri də oxumaq üçün İstanbula getmişdilər. Bunlardan böyük rahatsızlıq duyan Çar rejiminin əngəlləməsinə baxmayaraq, bu gəlişmələrin çox önemli təsirləri olmuşdu. Bu nəslin Kırım Tatar aydınları Türkiyədə o zaman mövcud olan fikirlərdən ilham almış istiklalçi, hürriyyətçi və milliyyətçi olarak yetişmişdi. Bu kadrlar İstanbulda və Kırımda gizli təşkilatlar quraraq geniş fəaliyyətə başlamışdılar.Bu ziyalılardan biri də o dövrdə Kırımın başmüftüsü ve başbakanı Numan Çələbi Cihandırdır (1885-1918). İbrahim Çelebi oğlu Numan Çələbi Cihan ( Anası Cihanşahdır-A.Q.) Kırımın quzeyindəki Sonak kəndində anadan olmuş, ilk təhsilini doğma kəndində almağa başlamış, lakin Ruslar buradakı məktəbi qapa- dınca Canköy ərazisindəki Akdoğru Mədrəsəsində davam etdirmişdi. Daha sonra Akməscid Rüşdiyyəsində və Baxçasaraydakı Zincirli Məd- rəsəsində oxumaqla yanaşı, Kırım alimlərindən Mustafa Əfəndidən özəl dərslər almışdı. Hələ şagird ikən “Tərcüman” qəzetini oxumağa və İstanbuldan gələn ədəbi əsərləri incələməyə başlamışdı.

Atasının içkiyə qurşanaraq borca girməsi, torpaqlarını və bütün var-yoxunu əldən çıxarması Numan Çələbini olduqca sarsıtmış və səfa- lət içində yaşamağı öyrənmişdi. Əbdürrəşid Mehdinin “Vətən Xadimi “ gəzetini oxuyub Rus inqılabçılarının nitqlərini dinləyərək inqılabçı fikirleri mənimsəmişdi. Qaspıralı İsmayıl Bəydən və 1905-ci il gəncli- yindən xalqçılığı və inqılabçılığı, Rus və Türk inqılabçılarından gizli çalışma üsullarını öyrənən Numan Çələbi qohumlarından Əbdülhəlim Çələbi və Əbubəkir Çələbinin yardımı ilə 1906-cı ildə İstanbula getmişdi. İstanbulda öncə “Mərcan Orta Məktəbi”nə davam etmiş, ardından da ilahiyyat və hüquq təhsili almışdı. O, İstanbulda bulunduğu müddət ərzində arkadaşları Cəfər Seydəhmət Kırımər, Alim Seyid, Əbdürrəhim Sükuti və Əbdülhakim Hilmi Arifzadə ilə birlikdə Genc Türklərin Fransa ve Misirdə çıxardıqları gəzet və nəşrləri, Türk- çülərin əsərlərini gizlicə oxuyaraq hürriyyət və inqılab mövzularında yeni fikirlər qazan- mışdı. 1908-ci ildə Türkiyədə II Məşrutiyyətin elanıyla gələn hürriyyət havası içində Kırımlı gənclər də müxtəlif konfransları, hətta Millət Məclisi toplantılarını belə izləmə fürsəti bulmuşdular.
2 yanvar 1908-ci ildə Numan Çələbi və arkadaşları Tələt Paşanın yardımı ilə Kırım Tələbə Cəmiyyətini fəaliyyətə keçirmiş, 1909-cu ilin sonlarında onlar Vətən Cəmiyyətini quraraq Kırımda mədrəsələrin, dini yönətimin, vəkflərin islahı kimi mövzularda yazdıqları Bəyannamələri gizlicə Kırıma göndərib xalq arasında yaymışdılar. Fəaliyyətlərini Numan Çələbinin Qaragümrükdəki evində davam etdirən Vətən Cə-miyyəti, terrora başvurmamağı, heç kimsəyə zorla iş yükləməməyi prinsip olaraq qəbul etməklə yanaşı, müxtəlif yayınlar yapmağa daha çox üstünlük vermişdilər. Belə ki, Əbdülhakim Hilmi Arifza də “Gül- bün-i Xânân,yaxud“Kırım Tarixi” (İstanbul, hicri 1327), Numan Çələbi “Karılgaçlar Duası “ (İstanbul, hicri 1328), Cəfər Seydəhmət Kırımər “20.-ci əsrdə Tatar Millət-i Məzluməsi “ (İstanbul, hicri 1328) adlı əsərlr yazmışdılar. Həbibullah Timürcanın “Altın Yarık “ (İstanbul, hicri 1330) adlı şeir kitabı və bəzi şairlərin şeirləri də bu dönəmdə nəşr edilmişdi. . Numan Çələbi və arkadaşları yalnız Kırım Türkləriylə deyil Rusyadakı digər əsir Türklərlə də yaxından maraqlanır, 1909-cu ildə İstanbula gələn Qaspıralı İsmayl Bəylə tanış olub ondan elmi çalışma üsulları ilə bağlıməlumat alırdılar. 1912-ci ildə İstanbuldakı təhsilini başa vuran Numan Çələbi öncə Kırıma, oradan da Peterburqa keçrək burada çox ağır şərtlər altında bir tərəfdən Psixonervoloji İnstitutunda təhsilini davam etdirmiş, digər tərəfdən də Rus inqılabçılarının mübari- zələrini yaxından izləmişdi. Peterburqda olarkən Parisdə olan Cəfər Seydahmet Kırımərə yazıb göndərdiyi məktubu və 1917-ci ildə Kırımda “Tərcüman” gəzetində çap olunan “Tatar Xəstə” adlı yazısı Numan Çələbinin yetginliyini və onun fikir və düşüncələrini göstərməsi baxımından çox önemlidir.
Numan Çələbi Moskva və Peterburqda olarkən Rusya Türklərinin irəli gələnləriylə tanış olmuş, 1913-cü ildə Cəfər Seydahmet Kırımərlə birlikdə Kırımda gizli bir təşkilat qurmağı qərarlaşdırmış,onunla Peter- burg, Gözləvə, Yalta və Akməsciddə müxtəlif görüşmələrdə bulunaraq Rusyada inqilab olduğu təqdirdə Kırımda görüləcək yolu müəyyənləş- dirmişdilər. 1917-ci il Bolşevik İnqilabından sonra 1913-cü ildən bəri fəaliyyətdə olan təşkilatlar 25 Mart 1917-ci ildə bölgələrdəki təmsilçi- lərini seçərək onların vasitəsilə Kırım Müslümanlarının Mərkəzî İcraiy- yə Komitəsini yaratmışdılar. Bu Komitə Numan Çələbini Kırım Müftülüyünə, Cəfər Seydahmet Kırıməri Kırım vəkflər müdürlüyünə seçmişdi. Daha sonra onların bu vəzifələri Müvəqqəti Rus Hökuməti tərəfindən təsdiqlənincə hər ikisi Kırıma dönmüşdü. Numan Çələbi Kırımda dini işləri qısa zamanda yoluna qoyub sənədsiz dini vəzifililəri işdən uzaqlaşdırmış və yerlərinə gerçək anlamda rəhbərlik edə biləcək insanları təyin etmişdi. Ardınca özünü rəhbər elan edən Mərkəzi İcra Komitəsinin qərarı ilə müdafiə və xalqı bilgiləndirmək məqsədilə 20 iyun 1917-ci ildə Əbdülhakim Hilmi Arifzadə tərəfindən” Kırım Ocağı “, eyni ilin 27 iyununda Həsən Səbri Ayvazovun başçılığı ilə Komitənin yayın organı olan” Millət “qəzeti, Xəlil Çapçakçı və Əli Badaninski tərəfindən iyul ayında” Qolos Tatar “ qəzeti yayımlanmağa başlamışdı. Numan Çələbi, müstəqil bir Kırım üçün gərəkli gördüyü bu fəaliyyət- lərlə yanaşı, Kırım Milli Ordusunu yaratmışdı. Bunuqəbul etməyən Kerenski hökumətinin Tavrida əyaləti komissarı Boqdanof, Numan Çələbini həbs etdirmişdi. Onun bu həbsinə Kırım Türkləri müxtəlif mitinqlərlə qarşı çıxmış, Rusiyadakı Türklər də öz təşkilatları vasitəsilə bu olayı protesto etmişdilər. Əlacsız qalan hökumət Numan Çələbini üçüncü gün serbest buraxmış, Boqdanof və yardımçısı vəzifələrindən istefa etmişdilər. Tavrida əyaləti inqilab heyəti başqanı Novitski, Numan Çələbini ziyarət edərək ondan üzür diləmişdi.
1noyabr 1917-ci ildə Kırım Türkləri komitələrinin seçdiyi təmsil- çilər Akməsciddə bir Qurultay təşkil edərək Kırımda olan müxtəlif mil- lətlərin dini, milli, siyasi haklarına sayğılı” Kırım Xalq Cumhuriyyəti “ adlı bir Cumhuriyyət qurmaq üçün gərəkli əsasları təsbit etmiş və Kırım hərbiçilərinin Vətənə gətirilməsinə qərar vermişdi. 17 noyabr 1917-ci ildə qadınların da seçmə və seçilmə haqqına sahib olduğu bir seçimdə yetmiş altı nəfərlik Qurultay üzvləri seçilmişdi. 26 dekabr 1917-ci ildə Cəfər Seydahmet Kırımərin hazırladığı, Numan Çələbi və Cəfər Ablayevin də müdafiə etdiyi “ Kırım Tatar Qanun-i Əsası “ ( Konstitu- siyası ) qəbul edilmişdi.
Qurultayın seçdiyi başkanlık divanı bir il ərzində” Millət Məclisi”ni təşkil etmə vəzifəsini də boynuna götürmüşdü. Qurultayda Numan Çələbi Milli Hökumətin başqanı və Ədalət naziri seçilmiş və Kırım Əhali Cumhuriyyəti elan edilmişdi.
1917-ci ilin soyuq bir noyabr ayında quzeydən-Qıpçak bozqırların- dan əsən soyuq külək 1441-ci ildən 1973-cü ilə qədər hökm sürən Kırım Xanlığının tarixi başkəndi olan Baxçasaraydakı insanları heç də üşütməmişdi. Xansarayın həyətini doldurmuş həyəcanlı insan toplusu yüksək bir yerə çıxmış dərin zəka sahibi, çalışqan, yorulmaq bilməyən, məsələləri dərindən incələyən, göstərişi sevməyən, doğruluğa son dərəcə əhhəmiyyət verən, ürəklərə təsir edən bir çıxış yapan gənc bir insanı-33 illik qısa ömrünü vətəninə, millətinə həsr edən, Kırım Türk- ləri üçün “istiklal, Milli dövlət, Cumhuriyyət “ demək olan Numan Çələbini həyəcanla dinləmişdi. Bu , Kırım Tatarlarının tarixinə qızıl hərflərlə yazılacaq çıxışında Numan Çələbi deyirdi : “Millət! Bizlər, şanlı əcdadımızın xarabəliri içindəyiz. O əcdad ki mərd idi, adil idi, yüksək idi. Əvət, böyük əcdadımızın müqəddəs abidələri arasındayız. “Diriləri yaşadan ölülərdir.” Ölülərin əsəridir. Bizlər, ölmüş dədələri- mizin şanla, şərəflə qazandıqları sərvət-i milliyəyi hüsn-ü istimalə ( milli sərvəti yaxşı tətbiq etməyə-A.Q ) qərar verdik, bunun üçün də milli müzexanəyi ( milli muzey evini -A.Q.) açmağa təşəbbüs ettik… Bir zamanlar cahanın hər tərəfində-qaralarda, dənizlərdə şanla, şövkətlə və ədalətlə dalğalanıb da bir yarım əsrdən bəri məhkum və məhbus bir halda bulunan millî Göybayrağımızı da onun üzərində dikməyə and içtik!.. Göybayrağımız, indidən sonra, qaralarda, dənizlərdə hətta səma- larda belə yüksələcəkdir. Yaşasın Qurultay! Yaşasın Göybayraq!” ( Seçmələr bizimdir -A.Q.Bax: N. Çelebi Cihan. Başyazı. Sayı: 258-261. Emel Dergisi. 2017 ).
Numan Çələbi Kırım Müsəlmanları İcra Heyəti Başqanı olaraq eyni gündə Qaspıralı İsmyıl Bəy Darülmüəllimini, Hünər və Sənaye Məktə- bi ilə Xansarayının muzey olaraq açılışını yapmışdı. Həm hüquq təhsili, həm də ilahiyyat təhsili almış, Kırım, Ukrayna, Lehistan ( Polşa-A.Q.) və Litva Müsəlmanlarının baş müftüsü olan Numan Çələbi Cahan bu çıxışında bir millət üçün nəyin önəmli və hansı mövzuların öncə gəldi- yini belə dile getirmişti: “Elmdən, ədəbiyyatdan, sənaye və ticarətdən sonra siyasət gəlir!”
O, bu tarixi nitqində millətin taleyini müəyyənləşdirmək üçün Qurultay toplanacağı müjdəsini də vermiş, bir ay sonra, Xansarayının həyəti yenidən tıklım-tıklım dolmuşdu. Kırım Türkləri, Kırımın hər yerində seçim yapmış, qadınlar da seçmə və seçilmə haqqından istifadə edərək beş Kırım Tatar qadını da millət vəkili seçilərək Qurultayda iştirak etmişdi.Tarixi Kırım Tatar Milli Qurultayı çalışmalarını 26 dekabr 1917-ci ildə tamamlamış və Anayasanı qəbul edərək Türk tarixində ilk Cumhuriyət olan Kırım Xalq Cumhuriyyətini elan etmişdi. Qurultay, 32 yaşındaki Numan Çələbi Cahanı hökumətin başqanı olaraq seçmişdi. O gün, Kırım Türklərinin Çar Rusiyasının əsarəti altına düşdkləri 1783-cü ildən sonra əsarət zəncirlərini qırdıqları ən parlaq, ən şanlı günü idi.
Ancaq bunları həzm edə bilməyən Bolşeviklər Kırımın müxtəlif yerlərinə ordu çıxarmışdılar. Bunlara qarşı Cəfər Seydahmet Kırımer komandanlığındakı birliklər savaşmış, Numan Çələbi də əsas idari işləri həyata keçirməklə məşğul olmuşdu. Akyar’daki Bolşeviklər Kırım Tatarlarına saldırmış, Baxçasarayı və Akmescidi işğal etmişdi. Bolşe- viklər sülh görüşmələri bəhanəsiylə Numan Çələbini dəvət edib həbs etmiş Akyara (Sivastopola) apararaq 23 fevral 1918-ci ildə həbsxanada qurşuna dizərək şəhid etmiş, cəsədini Qaradənizə atmışdılar. O,sanki gələcəyini görmüşdü. “Savluqmanqal Tatarlıq “ (Sağlıqla qal Tatarlıq)- deyərək xalqına xitab etdiyi şeirinin ilk misrasında belə deyirdi: “Savluqmanqal tatarlıq, men ketem cenkke
Atımnıñ başı aylandı(döndü) âhiret betke
Senin içün yaşadım, sensiz ölsem,
Bilmem nasıl kirermen boş cennetke”
Onun 1916-cı ildə nəşr olunan “And Etkenmən” (And içmişəm) şeiri Qurultayın açılışında milli marş kimi söylənmiş, indi də söylən- məkdə davam edir. Ən yaxın mübarizə arxadaşı, ülküdaşı Cəfər Seydahmet Kırımərin deyimiylə: “O bizim, Türk Millətinin “Andlı Qurbanı”, “Andlı şəhidi”mizdir ! Ruhu şad olsun! Onunla birlikdə möhtəşəm bir miras buraxan atalarımızın ruhu şad olsun !”.( Bax: Cafer Seydahmet Kırımer, Bazı Hatıralar, İstanbul 1993, səh. 99, 123, 141; Bülent Tanatar. Kırım’ın Antlı Kurbanı Noman Çelebicihan (1885-1918). Sayı: 262-263. Emel Dergisi. 2018).
Numan Çələbi ədəbi yaradıcılıqla da yaxından məşğul olmuşdu. Onun “Karılgaçlar Duası “Kırım Türk ədəbiyatının ölməz bir parçası, “Ant Etkenmən” şeiri isə Kırım Türklərinin Milli Marşı sayılmışdır. Ufada Rusiya Müsəlmanları Qurultayında bütün Rusiya müsəlmanları üçün Qazanda ortaq bir Universitet açma təklifi onun bütün Türkləri bir millət qəbul edən anlayışının bir ifadəsi olmuşdur. ( Seçmələr bizimdir -A.Q. Bax: Mustafa S.Kaçalin.https://islamansiklo pedisi.org.tr/numan-celebi-cihan ).
Kırım tarixində qanlı bir səhifə açan bu birinci Bolşevik hakimiy- yəti, 1918-ci ilin aprel ayında Kırımın Alman orduları tərəfindən işgal edilməsiylə son bulmuşdu. Osmanlıların müttəfiqi olan Almanyanın Kırımı işğal etməsi Kırım Tatarlarına ümid versə də, bütün əldə edilənlər yalnız Qurultayı təmsil edən Kırım Tatar Millî İdarəsinin və bəzi Millî müəssisələrin yenidən fəaliyyət göstərməsinə izin verilmə- sindən ibarət qaldı. Kasım 1918-ci ilin noyabr ayında Almanların Kı-rımdan çəkilməsindən sonra Kırım tam yüz il davam edəcək bir qanlı ixtişaşların içinə düşdü. Bu müddət ərzində Kırım, 1919-cu ilin aprel-iyun ayları dövrü xaric, Bolşeviklərin əleyhinə olan Rus “Ağ Qvardiya- çılar” ının əlində qalmışdı. Öncə General Anton Denikinin, sonra General Peter Wrangelin başçılığı altında olan Ağ Qvardiyaçı- lar da Bolşevikər kimi Kırım Tatarlarının heç bir millî hüquqlarını tanımamışdılar. Davam edən Rus iç savaşı Kırımın qaynaklarını qurutmuşdu. Nəhayət, 1920-ci ilin noyabr ayında hücuma keçən Bolşeviklər Ağ Qvardiyaçıları məğlub edərək bütün Kırımı ələ keçirmişdiler.
İkinci Bolşevik idarəsi dönəmində Kırım Sovet Sosialist Cumhuriyəti elan edilmiş və Kırım Revkomunun başkanlığına Leninin qardaşı Dimitri Ulyanov təyin edilmiş, ancak bu dəfə də General Wrangelin Kafqazdakı hərbi gücü qarşısında məğlubiyyətə uğrayan Bolşeviklər mühasirədə qalmamaq üçün Kırımdan çəkilmək durumun- da qalmışdılar. 1920-ci ilin əvvəllərində Ağ Qvardiyaçıla- rın idarəsinin son təmsilçisi olan General Wrangel Kırımda Denikinin yerini almışdı. Noyabr 1920-ci ildə Bolşeviklər Kırımı son dəfə işğal edərək idarənin başına da Macar komunisti Bela Kunu gətirmişdilər. Bela Kun idarəsinin Kırım Tatar Türklərinə qarşı tətbiq etdiyi sərt sındırma siya- sətinə qarşı olaraq “Yaşıllar hərəkatı”yaradılmışdı. Yaşıllar, Kırım Türklərinin, Béla Kun idarəsinin onlara göstərdiyi zülmə qarşı mübari- zə aparmaq üçün Kırımın dağlıq məntəqələrinə çekilərək basqınlar düzənləmişdilər. Sovet hakimiyyətinin özünü yetərincə güclü hiss etmədiyi bu dönəmdə meydana gələn bu karqaşa ortamına son vermək məqsədilə 18 oktyabr 1921-ci ildə Leninin imzaladığı qərarnamə ilə Rusya Sovet Federativ Sosialist Cumhuriyətinin (RSFSC) bir parçası olaraq Kırım Muxtar Sovet Sosialist Cumhuriyeti (Kırım MSSC) təşkil edilmişdi ( Seçmələr bizimdir-A.Q. Bax: Ülküsal, Müstecip, Kırım Türk-Tatarları (Dünü, Bugünü, Yarını), Baha Matbaası, İstanbul 1980, səh.226,227; Fisher, Alan, Kırım Tatarları, Çev: E. B. Özbilen, Selenge Yayınları, İstanbul 2009, səh.184,185,190; Kırımoğlu, Mustafa Abdül- cemil, Kırım Tatar Millî Kurtuluş Hareketinin Kısa Tarihçesi, Çev: H. Kırımlı, Kırım Türkleri Kültür ve Yardımlaşma Derneği Genel Merkezi Yayınları, Ankara 2004, səh.9 ).
Ardı var.
Qeyd : Kırım və Kırım Türkləri ilə bağlı bütün yazılar müəllifin " Kırım və Kırım Türkləri - Tarixdə və Bugün " adlı əsərindən götürülmüşdür. Bax : Aydın Mədət oğlu Qasımlı. Göstərilən əsər. "Alatoran", Bakı-2024.
AYDIN MƏDƏT OĞLU QASIMLI
Filologiya elmləri üzrə fəlsəfə doktoru

