Gömrük bəyannaməsi edənlərin nəzərinə: - Bu gündən yeni qayda qüvvəyə mindi

Bu gün, 10:49           
Gömrük bəyannaməsi edənlərin nəzərinə: - Bu gündən yeni qayda qüvvəyə mindi
Bu gündən etibarən Dövlət Gömrük Komitəsinin “Smart Customs” platformasında elektron ticarət bəyannamələrinin təqdim olunması qaydasında dəyişiklik qüvvəyə minib.

Trend-in əldə etdiyi məlumata görə, artıq fərdi identifikasiya nömrəsi (FİN və şifrə) ilə sistemə daxil olaraq “Elektron Ticarət Bəyannaməsi” xidmətindən istifadə etmək mümkün olmayacaq.

Belə ki, vətəndaşlar 3 müxtəlif elektron identifikasiya növündən birini seçərək xidmətdən yararlana biləcəklər.

Bunlar “Asanİmza”, “SİMA” və ya “MYGOV / QR” xidmətləridir.

Qeyd edək ki, fərdi identifikasiya nömrəsi ilə “SmartCustoms” və “e.customs.gov.az” sistemlərinə daxil olmaq imkanları qüvvədə saxlanılır.

Gömrük rəsmiləşdirilməsinin daha sürətli tamamlanması məqsədilə “Asanİmza”, “SİMA” və ya “MYGOV / QR”ın əvvəlcədən əldə olunması tövsiyə edilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru