Hind okeanında dəniz quldurları neft tankerini ələ keçirdilər

Bu gün, 16:54           
Hind okeanında dəniz quldurları neft tankerini ələ keçirdilər
Somali sahilləri yaxınlığında Hind okeanında quldurlar neft tankerini ələ keçiriblər.

Bu barədə "Radio Dalsan" məlumat yayıb.

Hadisə Somalinin şimal-şərq sahilində, Puntlend regionu yaxınlığında baş verib. Tanker Berbera limanından Moqadişo limanına gedirmiş.

Böyük Britaniya Hərbi Dəniz Qüvvələrinin Dəniz Ticarət Daşımalarının Koordinasiya Mərkəzi insidenti təsdiqləyərək bildirib ki, şəxslər gəminin göyərtəsinə qalxıb və onun idarəetməsini öz nəzarətlərinə götürüblər.

Qeyd olunub ki, tanker pakistanlı iş adamlarına məxsusdur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru