Yollarda gecə işıqlandırmasının işləməməsi sürücülərin təhlükəsizliyi ilə bağlı hansı sualları gündəmə gətirir? - VİDEO

Bu gün, 17:44           
Yollarda gecə işıqlandırmasının işləməməsi sürücülərin təhlükəsizliyi ilə bağlı hansı sualları gündəmə gətirir? - VİDEO
Baku TV-nin "Xülasə" verilişinin yeni buraxılışı yayımlanıb.


Qış parkının yeraltı dayanacağında yeni avtomatlaşdırılmış sistemə keçid niyə aylardır yekunlaşmır və çıxışda yaranan sıxlıqlara görə məsuliyyəti kim daşıyır?

Yollardakı təhlükəli çuxurlar səbəbindən avtomobili zədələnən vətəndaş dəymiş zərəri niyə öz büdcəsi hesabına ödəməlidir?

Sumqayıt küçələrində və Böyükşor-Pirşağı yolunda gecə işıqlandırmasının işləməməsi sürücülərin təhlükəsizliyi ilə bağlı hansı sualları gündəmə gətirir?

Səhvən basılan "Stop" düyməsinə görə avtobusu tərk edən sürücünün davranışı nəqliyyat işçilərinin iş şəraiti və psixoloji tükənməsi barədə hansı problemləri üzə çıxarır?

Meyvə şirələrinin istehsal edildiyi sexlərdə aşkarlanan antisanitar vəziyyət və əlavə rəngləndiricilər belə məhsulların uzun müddət nəzarətsiz satılması ilə bağlı hansı narahatlıqları artırır?

Verilişdə həftə ərzində gündəm olan bu və digər məsələlər diqqətə çatdırılaraq şərh edilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru