"Viaqra" xərçəngi müalicə edir? - İsrailli alimlərdən yeni kəşf

Bu gün, 15:34           
"Viaqra" xərçəngi müalicə edir? - İsrailli alimlərdən yeni kəşf
İsrailin Veytsman İnstitutunun alimləri müəyyən edib ki, uzun illərdir istifadə olunan "Viaqra" preparatı xərçəng hüceyrələrinin xolesterinə çıxışını məhdudlaşdıra bilər.

Bu barədə "israelinfo.co" nəşri yazıb.

Dərman xərçəng hüceyrələrinin yayılmasını ləngidə bilər

Tədqiqatçıların fikrincə, bu, şiş hüceyrələrinin yayılmasını və metastaz verməsini ləngitməklə xəstəliyin inkişaf sürətini azalda bilər. Bu nəticələr laboratoriya şəraitində həm siçanlar, həm də insan xərçəng hüceyrələri üzərində aparılan təcrübələr zamanı əldə edilib. Alimlər, həmçinin, on minlərlə onkoloji xəstənin tibbi məlumatlarını təhlil edərək "Viaqra" qəbul edənlərlə qəbul etməyənlərin nəticələrini müqayisə ediblər.

İlkin nəticələr ümidvericidir

Araşdırmaya görə, xərçəng diaqnozu qoyulmazdan əvvəl "Viaqra" qəbul edən xəstələrdə sağqalma göstəriciləri daha yüksək olub. Bununla belə, preparatın onkologiyada müalicə vasitəsi kimi tətbiqi üçün əlavə klinik sınaqların aparılması vacib sayılır. Tədqiqat rəhbərlərindən professor Erez bildirib ki, bu istiqamət böyük perspektiv vəd edir, lakin dərmanın xərçəng müalicəsində istifadə olunması üçün hələ uzunmüddətli klinik araşdırmalar tələb olunur.

Xərçəng hüceyrələri "qidalanmadan" məhrum edilir

Alimlər əvvəlcə kompüter analizləri vasitəsilə sağqalma ilə əlaqəli genləri araşdırıblar və PDE5A genini müəyyən edib. Məhz bu genin istehsal etdiyi ferment "Viaqra" tərəfindən bloklanır. Sonrakı tədqiqatlar göstərib ki, preparat xərçəng hüceyrələrinin xolesterin toplamasının qarşısını alır. Xolesterin isə bu hüceyrələrin böyüməsi və yayılması üçün vacib maddələrdən biridir. Beləliklə, "Viaqra" xərçəng hüceyrələrini bir növ "qidalanma mənbəyindən" məhrum edərək onların hərəkət və yayılma qabiliyyətini zəiflədə bilər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru