İmişlidə suvarma suyu balıq hövzələrinə yönəldilir? İdarə əməkdaşları rəisin qanunsuz əməllərindən şikayət edib- ŞOK FAKTLAR/VİDEO

Bu gün, 07:24           
İmişlidə suvarma suyu balıq hövzələrinə yönəldilir?
İmişli Rayon Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin rəhbərliyi ilə bağlı redaksiyamıza ciddi məzmunlu şikayət daxil olub.
Özlərini idarənin əməkdaşları kimi təqdim edən müraciətçilər Denmedia.az-a göndərdikləri məlumatda rayon sakinlərinin suvarma suyundan əziyyət çəkdiyini, buna səbəb kimi isə rəhbərliyin qanunsuz fəaliyyətini göstəriblər.
İddialara görə, idarənin rəisi Samir Məmmədov, müavinləri Araz Əliyev və Dilşad Quliyeva ilə birlikdə rayon ərazisində qanunsuz balıq hövzələrinin yaradılmasına şərait yaradıblar.
Şikayətçilərin sözlərinə görə, həmin hövzələrin su ilə təmin olunması nəticəsində kənd təsərrüfatı sahələrinin suvarılması üçün nəzərdə tutulan su təyinatından kənar istifadə edilir və nəticədə yüzlərlə fermer su çatışmazlığından əziyyət çəkir.
Müraciətdə bildirilir ki, yay mövsümündə suvarma suyuna ehtiyacın ən yüksək olduğu dövrdə əkin sahələrinin susuz qalması məhsuldarlığa ciddi zərbə vurur. Əməkdaşlar iddia edirlər ki, bu vəziyyətə baxmayaraq, rəhbərlik problemi aradan qaldırmaq əvəzinə şəxsi maraqlarını üstün tutur.
Şikayətdə daha bir diqqətçəkən iddia isə idarəyə məxsus xüsusi texnikalarla bağlıdır. Bildirilir ki, dövlət balansında olan ekskavator və digər texnikalar hər gün imkanlı şəxslərə kirayəyə verilir, dövlət əmlakından qanunsuz gəlir əldə olunur.
Mənbələrin sözlərinə görə, qanunsuz balıq hövzələrinin salınması zamanı həmin dövlət texnikalarının işlədiyini əks etdirən videogörüntülər də mövcuddur. İddia olunur ki, həmin görüntülər rəhbərliyin fəaliyyəti ilə bağlı səsləndirilən ittihamların araşdırılması üçün mühüm sübut ola bilər.
Şikayətçilər aidiyyəti dövlət qurumlarından səsləndirilən iddiaların obyektiv araşdırılmasını, dövlət texnikalarının hansı məqsədlərlə istifadə edilməsinin və suvarma suyunun təyinatı üzrə sərf olunub-olunmamasının yoxlanılmasını xahiş edirlər.
















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru