50 yaşdan sonra beyin kiçilməyə başlayırmış: Səbəblər və qarşısını almağın yolları

Dünən, 15:18           
50 yaşdan sonra beyin kiçilməyə başlayırmış:
"İnsan beyninin həcmi 50 yaşdan etibarən neyronların və onların arasındakı sinir bağlantılarının azalması nəticəsində hər on ildə orta hesabla 2-3% kiçilir".

Bunu TASS-a açıqlamasında tibb elmləri namizədi Valeri Litvinov deyib.

"Bu proses neyronların kütləvi şəkildə məhv olması ilə deyil, onların ölçülərinin kiçilməsi, uzantılarının qısalması və neyronlararası əlaqələrin sayının məhdudlaşması ilə bağlıdır. Eyni zamanda, yaşa dolduqca beyinin köməkçi hüceyrələrinin funksiyası da zəifləyir. Lakin yaşla əlaqədar baş verən bu dəyişiklikləri ləngitmək mümkündür. Üstəlik, sözügedən orqan yenidən formalaşmaq və itkiləri bərpa etmək xüsusiyyətinə malik olan güclü neyroplastiklik potensialına sahibdir", - deyə o bildirib.

Litvinov əlavə edib ki, müasir araşdırmalara əsasən, beyin qabığının bəzi təbəqələri aktiv çalışdırıldığı təqdirdə ən dərin qocalıq dövründə belə öz stabilliyini qoruya bilir: "Beyinin sağlamlığını qorumağın ən effektiv yolları müntəzəm fiziki aktivlik (xüsusən koordinasiya və diqqət tələb edən hərəkətlər), omeqa-3 yağ turşuları ilə zəngin olan balanslı qidalanma rejimi, eləcə də fasiləsiz intellektual və sosial fəaliyyətdir".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru