Göygöl Suvarma Sistemləri İdarəsindən borclu şirkətə 198 min manatlıq tender - TƏFƏRRÜAT

Bu gün, 10:44           
Göygöl Suvarma Sistemləri İdarəsindən borclu şirkətə 198 min manatlıq tender - TƏFƏRRÜAT
Göygöl Suvarma Sistemləri İdarəsi Quşqara kəndinin əkin sahələrinə xidmət edən 1 km uzunluğunda qapalı boru xəttinin çəkilməsi ilə bağlı iri məbləğli satınalmanı yekunlaşdırıb.

32gun.az-ın verdiyi məlumata görə, 198 000 AZN dəyərində olan müqavilə "İnvestaz" MMC ilə "bir mənbə" metodu vasitəsilə bağlanıb.



32gun.az-ın əldə etdiyi məlumata görə, dövlət sifarişini qazanan "İnvestaz" MMC-nin dövlət büdcəsinə 17 840.85 AZN vergi borcu mövcuddur.
Nizamnamə kapitalı cəmi 6 AZN təşkil edən şirkətin qanuni təmsilçisi Elşən Rəhmət oğlu Qafarovdur. Hüquqi ünvanı Masallı rayonu, Təzəkənd kəndində yerləşən MMC-nin vergi borcu olduğu halda tender qalibi seçilməsi və satınalmanın məhz şəffaflığı sual doğuran "bir mənbə" metodu ilə həyata keçirilməsi diqqət çəkir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru