İctimai TV`yə hər evdə gündə orta hesabla cəmi 8 dəqiqədən bir qədər çox baxılıb
Bu gün, 09:34
Azərbaycanda 60 min ev təsərrüfatının internetə qoşulmuş ağıllı televizorlarının 35 günlük məlumatını ölçən sayğac göstərib ki, kanallar arasında ən çox baxılan İctimai TV`yə hər evdə gündə orta hesabla cəmi 8 dəqiqədən bir qədər çox baxılıb. Sayğac göstəriciləri dünya futbol çempionatından əvvəlki aya aiddir. Yəqin bu məlumat Balaş Qasımova da çatıb deyə o, ölkə televiziya kanallarını batan Titanikə bənzədib. Hələ Balaş bəy biraz yumşaq deyib. Müqayisə üçün: axırıncı pillələrdə sürünən Real TV`yə hər evdə orta hesabla gündə 12 saniyə baxırlarmış. Yəqin kanalları çevirib-ötürəndə bəzi adamlara zəng gəlib və ya diqqəti başqa cür yayınıb deyə, ötürən düyməni gec basıb və ona görə orta göstərici 12 saniyə olub. Yoxsa 1 saniyədən çox olmazdı. Hətta 12 saniyə ilə, bu kanalı nəyinki batmış, ifraz etdiyi zibilin içində çürümüş də hesab etmək olar. Televiziya siyasəti tamamən iflasa uğrayıb. Hakim Yeni Azərbaycan partiyası sən demə nəinki iqtisadiyyatı, heç televiziyanı da bacarmırmış. İlqar Məmmədov TEREF