Ermənistan Ədliyyə Nazirliyinin hüquqi şəxslərin Dövlət Reyestri maraqlı məlumat açıqlayıb. Tribuna.az xəbər verir ki, hal hazırda Ermənistanın paytaxtında üç azərbaycanlı iş adamı şirkət açıb.
Məlumatda qeyd edilir ki, həmin şəxslərdən biri İlham İlyasovdur. O, fərdi sahibkarlıqla məşğuldur. İrəvan şəhəri, Avan rayonu, Hr. Açaryan küçəsi S 42/10 ünvanda qeydiyyatdadır.
İkinci iş adamı da fərdi sahibkar kimi qeydiyyatdan keçib. Ramil İsmayılov Rüstəm oğlunun şirkəti isə İrəvan şəhəri, Kentron rayonu, Xorenatsi küçəsi Sh 26A, Bn. 201 Gr. S ünvanında yerləşir.
Üçüncü azərbaycanlı isə İlham Udurliyevdir. O da digər həmvətənləri kimi, fərdi sahibkardır. Qeydiyyatda olduğu ünvan isə İrəvan şəhəri, Erebuni rayonu, Tiqran Metsi küçəsi 10 ünvanındadır.