Nur Cahanın digər qadınlarla çövkən oynamasını əks etdirən rəsm.

Bu gün, 12:04           
Nur Cahanın digər qadınlarla çövkən oynamasını əks etdirən rəsm.
Nur Cahan Babur hökmdarı Cahangirin arvadı idi. Bəzi tarixçilərin fikrincə o, Babur imperatorluğunun arxasındakı əsas güc olub. Bunu sübut edən faktlardan biri onun adına sikkələr kəsilməsidir. Hökmdar Cahangirin içkiyə və t*ryəkə aludəçiliyi Nur Cahanın dövlət içində siyasi gücünün daha da artmasına səbəb olub.
Kişilərin dominant olduğu bir dövrdə, Nur Cahan öz adından fərmanlar verirdi. Hökmdarın arvadı olduqdan qısa bir müddət sonra Nur Cahan kəndlinin torpaq hüquqlarını qorumaq üçün ilk fərmanını verib. Sərəncamda Nur Cahan Padşah Begüm, yəni Nur Cahan Xanım Sultan yazılıb.
Onun Osmanlı naibəsi Kösəm sultanla da yazışmaları olub. Nur Cahan Səfəvilərə qarşı Osmanlı ilə ittifaq içində idi.
Nur Cahan həmçinin ovçuluğu da sevirdi, əri ilə tez-tez ova çıxar və pələngləri ovlamaqda cəsarəti ilə tanınırmış.
Qöncə Murad












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru