Pul, pul, pul, ancaq pul... Tanrı göydə nədirsə, pul yerdə odur.

Bu gün, 10:07           
Pul, pul, pul, ancaq pul... Tanrı göydə nədirsə, pul yerdə odur.
Rayonlarda dəhşət bahaçılıqdır. Şəhər köşklərində 40 qəpik olan bir oyuncağı yolun qırağında 10 manata qoyurlar. Öz də oyuncağı yolun qırağına tələ kimi qoyurlar. Bilirlər ki, uşaq maşından görüb istəyəcək, atası da məcbur olub alacaq. Bir tərəfdən də oyuncağı satana baxırsan, özü də uşaqdır. Kasıbçılıq, alverçilik uşağın xarakterində elə murdar xüsusiyyətlər əmələ gətirib. İnsanlar vəhşiləşib. Pul, pul, pul, ancaq pul... Tanrı göydə nədirsə, pul yerdə odur. Həkimlər saxta firma dərmanları yazır. Məqsəd pul. Apteklər saxta dərmanlar satır. Məqsəd pul. Yüzlərlə, minlərlə şey saymaq olar. Məqsəd puldur. Ölkədə hansı idealogiyanı qaldırırsan, altından pul çıxır. Elə bil Azərbaycan xalqını doldurublar bir qutuya, deyiblər ki, hamınız bir-birinizin əti, canı, qanı, iliyi ilə dolanın. Yeyin bir-birinizin ətini, canını, bir-birinizin qanını için, axırda da bir-birinizdən iyrənin ki, birləşib bizə qarşı çıxa bilməyəsiniz.
Kəramət Böyükçöl












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru