İran Bolqarıstana xəbərdarlıq etdi

Dünən, 10:24           
İran Bolqarıstana xəbərdarlıq etdi
İran XİN-in sözçüsü İsmayıl Bəqai Bolqarıstanın "Bezmer" aviabazasında ABŞ hərbi təyyarələri və hərbçilərinin yerləşdirilməsini aqressiyaya dəstək kimi qiymətləndirib.

Sherg.az xəbər verir ki, İsmayıl Bəqainin sözlərinə görə, hərbi əməliyyatların dəstəklənməsində iştirak edən tərəflər Tehran tərəfindən aqressiyanın iştirakçısı hesab olunur.

Xatırladaq ki, Bolqarıstan parlamentinin Müdafiə Komitəsi ABŞ-yə məxsus yanacaqdaşıyan təyyarələrin və hərbi personalın "Bezmer" bazasında yerləşdirilməsini təsdiqləyib. Bolqarıstan rəsmiləri isə bu addımın İran üçün təhlükə yaratmadığını və ölkəni Yaxın Şərqdəki münaqişənin tərəfinə çevirmədiyini bildiriblər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru