Kimlər yoğurtdan imtina etməlidirlər? - Həkimdən məsləhət

5-08-2026, 16:08           
Kimlər yoğurtdan imtina etməlidirlər? -
Kəskin mədə-bağırsaq sistemi xəstəliklərindən əziyyət çəkən şəxslərə yoğurt istehlak etmək tövsiyə edilmir.

Bu barədə rusiyalı diyetoloq-nutrisioloq Sofiya Kovanova Aif.ru nəşrinə müsahibəsində danışıb.

Mütəxəssis yoğurtun hansı hallarda sağlamlıq üçün zərərli ola biləcəyini izah edib.

"Əgər süd zülallarına qarşı dözümsüzlüyünüz varsa, laktozasız yoğurtlara üstünlük verməyinizi tövsiyə edirəm. Mədə-bağırsaq sistemi xəstəliklərinin kəskinləşdiyi dövrdə, eləcə də qida zəhərlənməsi zamanı yoğurt yemək və ya içmək məsləhət görülmür", - deyə o bildirib.

S.Kovanovanın sözlərinə görə, xəstəliyin kəskin mərhələsində yoğurtun tərkibindəki şəkər və dadlandırıcılar bağırsaqlarda fermentasiya prosesini gücləndirə, qaz əmələ gəlməsinə və qarın ağrılarına səbəb ola bilər.

Diyetoloq əlavə edib ki, yoğurtun tərkibində olan aromatizatorlar və rəngləndiricilər kimi süni əlavələr mədənin iltihablanmış selikli qişasını daha da qıcıqlandıra və narahatlığı artıra bilər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru