Dron istehsalçılarının başı bəlada

Dünən, 15:44           
Dron istehsalçılarının başı bəlada
Rusiyanın Yekaterinburq şəhəri yaxınlığındakı Bolşoy İstok qəsəbəsində Rusiya ordusu üçün PUA-lar (pilotuz uçuş aparatları) istehsal edən "Uraldronzavod" müəssisəsinin baş direktoru Vladimir Tkaçuk ağır yaralanıb. Onun idarə etdiyi "Mercedes" markalı avtomobilin partladılması nəticəsində sürücüsü (mühafizəçisi) həlak olub, Tkaçuk özü isə ağır vəziyyətdə reanimasiyaya yerləşdirilib.
Vladimir Tkaçuk Rusiya ordusunun cəbhədə fəal istifadə etdiyi "Upır" FPV dronlarının əsas tərtibatçılarından və istehsalçılarından biridir. O, daha əvvəl bu PUA-nı şəxsən Rusiya Prezidenti Vladimir Putinə nümayiş etdirib və onunla keçirilən qapalı görüşdə iştirak edib.
Bundan əlavə, Tkaçuk Rusiyada müharibəyə dəstək verən ən iri təbliğat resurslarından biri olan "Povyornutıye na voyne" teleqram kanalının və eyniadlı platformanın təsisçilərindən biridir.
Hadisə yerində hüquq-mühafizə orqanları tərəfindən cinayət işi qaldırılıb və araşdırmalar aparılır. Operativ xidmətlərin məlumatına görə, partlayıcı qurğu birbaşa avtomobilə yerləşdirilib.
Bu, son bir neçə gün ərzində Rusiyanın hərbi dron sənayesi rəhbərlərinə qarşı törədilən ilk suiqəsd deyil. İyulun 29-da Tula şəhərində Rusiya ordusu üçün "Ovod" FPV dronları və proqram təminatı hazırlayan "Russkaya laboratoriya vozduşnoqo transporta" (RLVT) şirkətinin rəhbəri Andrey Çerezova qarşı suiqəsd edilib.
Elchin Rustamli












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru