Tramp ABŞ-da "doğum turizmi"nin qadağan edilməsi ilə bağlı fərman imzalayıb - KİV

Bu gün, 07:24           
Tramp ABŞ-da "doğum turizmi"nin qadağan edilməsi ilə bağlı fərman imzalayıb - KİV
ABŞ Prezidenti Donald Tramp ölkədə "doğum turizmi" adlanan praktikanı qadağan edən fərman imzalayıb.

APA xəbər verir ki, bu praktika xarici vətəndaşların ABŞ-a gələrək burada uşaq dünyaya gətirməsi və həmin uşağın ABŞ vətəndaşlığı əldə etməsini nəzərdə tutur.

Sənədin imzalanması zamanı Ağ Evin aparat rəhbərinin müavini Stiven Miller bildirib ki, fərman doğum hüququ əsasında vətəndaşlıq ala bilməyəcək şəxslərin dairəsini genişləndirir.

Onun sözlərinə görə, bu siyahıya ABŞ-a düşmən münasibət bəsləyən xarici vətəndaşlar, xarici terror təşkilatlarının üzvləri, həmçinin xarici hökumətlərin maraqlarını təmsil edən və onların adından fəaliyyət göstərən şəxslər daxildir.

Miller qeyd edib ki, qəbul edilən qərar əsassız şəkildə doğum hüququ ilə ABŞ vətəndaşlığı əldə edə biləcək çoxsaylı şəxslərin bu imkandan məhrum olmasını təmin edəcək.

O əlavə edib ki, ABŞ tarixində ilk dəfə olaraq "doğum turizmi" rəsmi şəkildə qadağan edilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru