Salah Türkiyədə nə qədər qazanacaq? – RƏSMİ

Bu gün, 09:44           
Salah Türkiyədə nə qədər qazanacaq? – RƏSMİ
“Trabzonspor” Məhəmməd Salahla 2 illik müqavilə imzaladığını və futbolçuya ödəniləcək məbləğləri açıqlayıb.

TEREF Qol.az-a istinadən xəbər verir ki, Türkiyə klubunun İctimaiyyəti Məlumatlandırma Platformasına (KAP) təqdim etdiyi açıqlamada misirli hücumçuya hər mövsüm üçün 10 milyon avro maaş veriləcəyi bildirilib.

Bundan başqa, Salaha 7 milyon avro imza pulu ödəniləcək. Beləliklə, futbolçunun ümumi zəmanətli qazancı 17 milyon avro təşkil edəcək.

Müqavilədə hər mövsüm üçün əlavə bonuslar da nəzərdə tutulub. Eyni zamanda, “Məhəmməd Salah” adı ilə satışa çıxarılacaq məhsullardan əldə edilən gəlirin 20 faizi futbolçuya veriləcək.

Klub agentlik xidmətlərinə görə isə Salahın ümumi maaşının 5 faizi həcmində ödəniş edəcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru