Poverbankla bağlı xəbərdarlıq: Hansı hallarda təhlükəlidir? - VİDEO

Bu gün, 08:24           
Poverbankla bağlı xəbərdarlıq: Hansı hallarda təhlükəlidir? - VİDEO
Məşhur stilist Anar Ağakişiyev poverbank partlaması nəticəsində xəsarət aldığını açıqlamışdı. O, sosial şəbəkədə paylaşdığı videoda hadisə zamanı dodağının, burnunun və saçının yandığını bildirmişdi.

NOCOMMENT.az xəbər verir ki, bu hadisə gündəlik istifadə edilən cihazlardan biri olan poverbankların təhlükəsiz istifadəsi məsələsini yenidən gündəmə gətirib. Texnologiyanın inkişafı ilə bu cihazlara tələbat artsa da, onlar düzgün istifadə edilmədikdə ciddi risk yarada bilər.

Mövzu ilə bağlı sorğu zamanı paytaxt sakinlərinin bir qismi poverbankların partlaya biləcəyini bilsə də, bir çoxu üçün bu təhlükə hələ də təəccüblüdür.

Mütəxəssislərin sözlərinə görə, belə halların əsas səbəblərindən biri keyfiyyətsiz məhsulların alınması və cihazların düzgün istifadə edilməməsidir. Bununla yanaşı, keyfiyyətli poverbanklar belə yanlış istifadə zamanı təhlükəli ola bilər. Xüsusilə cihazın uzun müddət günəş altında, avtomobildə saxlanılması və ya həddindən artıq şarjda qalması batareyanın şişməsinə və partlamasına səbəb ola bilər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru