NASA astronavtları açıq kosmosa çıxıblar - VİDEO

Bu gün, 08:48           
NASA astronavtları açıq kosmosa çıxıblar - VİDEO
NASA astronavtları Cessika Meir və Anil Menon Beynəlxalq Kosmik Stansiyadan (BKS) açıq kosmosa çıxışa başlayıblar.

TASS xəbər verir ki, astronavtların açıq kosmosa çıxışı skafandrların avtonom qidalanmaya keçdiyi anda - ABŞ Şərq sahili vaxtı ilə saat 08:33-də (Bakı vaxtı ilə 16:33-də - red.) başlayıb.

Təxminən yeddi saat davam edəcək işlər çərçivəsində astronavtlar növbəti "iROSA" günəş panellərinin quraşdırılması üçün orbital stansiyanın seqmentlərindən birini təkmilləşdirməli olacaqlar. Gözlənilir ki, stansiyanın enerji sisteminin gücünü artırmağa imkan verəcək yeni günəş panelinin quraşdırılması elə bu il həyata keçiriləcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru