Hörmüz boğazı ilə bağlı gözlənilən sazişin detalları açıqlanıb

Bu gün, 08:44           
Hörmüz boğazı ilə bağlı gözlənilən sazişin detalları açıqlanıb
Hörmüz boğazı və Fars körfəzinin təhlükəsizliyinin, davamlı inkişafının təmin edilməsi üzrə strateji tədbir planının ilkin mətni İran parlamentinin Milli Təhlükəsizlik Komissiyasında baxılmaqdadır.
"Report" xəbər verir ki, bunu İran parlamentinin üzvü Əlirza Səlimi "Tasnim"ə açıqlayıb.

"ABŞ, İsrail və digər düşmən ölkələrə məxsus gəmilərin Hörmüz boğazından keçməsi qadağan edilir", - Ə. Səlimi bildirib.

Onun sözlərinə görə, hərbi və qeyri-hərbi olmasından asılı olmayaraq, İsraillə əlaqəli yüklərin bu ərazidən keçmək hüququ olmayacaq:

"Müqavimət cəbhəsinə qarşı hərəkətlərdə iştirak edən gəmilər və ya yüklər də qadağaya məruz qalacaq. İrana zərər vuran ölkələr və şəxslər, dəyən ziyan ödənilənə qədər Hörmüz boğazı və Fars körfəzindən keçid icazəsi almayacaq.

Qanun pozucuları üçün, o cümlədən yükün dəyərinin 20 faizinə qədər olmaqla, ağır cərimələr nəzərdə tutulub".

Səlimi bildirib ki, hökumət silahlı qüvvələrlə əməkdaşlıq edərək, naviqasiyanın istiqamətləndirilməsi, gəmilərin hərəkətinə nəzarət, Fars körfəzinin təhlükəsizliyinin və ətraf mühitinin qorunması kimi məsuliyyətləri öz üzərinə götürəcək: "Bu plan hələ də ekspert araşdırması mərhələsindədir və parlament onu tamamlamaq üçün mütəxəssislərdən öz təkliflərini təqdim etmələrini xahiş edib".

Daha əvvəl yayılan məlumata görə, günün sonuna qədər İranla Oman arasında Hörmüz boğazında gəmiçiliyə dair sazişin imzalanması gözlənilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru