Modi və Netanyahu Yaxın Şərqdəki vəziyyəti müzakirə etdilər
Bu gün, 00:12
Hindistanın Baş naziri Narendra Modi ilə İsrailin Baş naziri Benyamin Netanyahu arasında telefon danışığı baş tutub.
Yenicag.az xəbər verir ki, bu barədə Narendra Modi “X” sosial şəbəkəsindəki hesabında məlumat yayıb.
O bildirib ki, telefon danışığı zamanı Hindistan və İsrail arasında xüsusi strateji tərəfdaşlığın müxtəlif istiqamətlər üzrə inkişafı müzakirə edilib.
“Biz Hindistan və İsrail arasında xüsusi strateji tərəfdaşlığın müxtəlif aspektlərinin inkişafını müzakirə etdik. Həmçinin Yaxın Şərqdəki cari vəziyyət barədə fikir mübadiləsi apardıq”, – deyə Modi qeyd edib.
Hindistan hökumətinin mətbuat xidməti də açıqlamasında tərəflərin ikitərəfli əməkdaşlığın müxtəlif sahələrdə daha da möhkəmləndirilməsinə sadiq olduqlarını təsdiqlədiklərini bildirib.
Tərəflər əlaqələri davam etdirmək barədə razılığa gəliblər.